Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:41

Lenin necə "Ulduz müharibəsi" qəhrəmanı oldu


Ukrayna - Lenin necə "Ulduz müharibəsi" qəhrəmanı oldu? Heykəlin transformasiyası

Ukrayna - Lenin necə "Ulduz müharibəsi" qəhrəmanı oldu? Heykəlin transformasiyası

►Ukraynalı heykəltəraş bir güllə ilə iki dovşan vurub

Ukraynalı heykəltəraş Odessada Leninin heykəlini "Ulduz müharibələri"nin mənfi qəhrəmanı Darth Vaderə çevirib.

“SSRİ-də doğulmuşam. Artıq olmayan bir ölkənin uşağıyam”. Heykəltəraş Alexander Milov özü haqqında belə tanışlıq verir. O, tarixi heykəlləri qorumaq istədiyini deyir.

Alexander Milovun son əsəri digər tarixi heykəllərə heç bənzəmir. Bu qara heykəl Ukraynanın cənubunda Qara dənizin sahilindəki liman şəhəri olan Odessada bir fabrikin yanındadır. Tarix kitablarındakı şəxsiyyəti deyil, film afişasından çıxmış qəhrəmanı xatırladır. Milov deyir ki, bu, "Ulduz müharibələri"nin mənfi qəhrəmanı Darth Vader-in heykəlidir. Meydandakı sovet kommunistlərinin lideri Vladimir İliç Leninin heykəlindən hazırlanıb.

Ulduz müharibələri (ing. Star Wars) — Rejissor Corc Lukasın çəkdiyi məşhur film silsiləsidir. Dünyada bir fenomenə və biznes markasına çevrilib.

Buna da bax: Erməni müxalifət lideri seçki bülletenini cırdı

Kommunizmdən təmizlənmə

Oleksandr Milov

Oleksandr Milov

Ukrayna parlamenti bu ilin aprelində kommunizmdən təmzilənmə qanunu çıxarıb. Bu qanunun məqsədi kommunist simvolları sayılan heykəlləri, ya da küçə və meydan adlarını yığışdırmaqdır. Milovun heykəli də bu qanunun məhsuludur.

Ukraynada naməlum seçki namizədi - Darth Vader kostyumunda.

Ukraynada naməlum seçki namizədi - Darth Vader kostyumunda.

Heykəltəraş deyir ki, heykəli tamam sıradan çıxarmaq istəməyiblər: “Qanuna görə, Leninin heykəli götürüləcəkdi. Bu heykəli Darth Vader-ə çevirmək qərarına gəldim. Çünki bu gün Darth Vader Ukraynada siyasi bir fiqurdur”.

Ukrayna hara, Darth Vader hara, siyasi fiqur hara? İş orasındadır ki, Ukraynada keçirilmiş 2014-cü ilin parlament seçkilərində Darth Vader, Chewbacca və Yoda kimi digər "Ulduz Müharibələri" qəhrəmanlarının adını özünə ləqəb seçən şəxslər namizədliyini irəli sürmüşdü.

“Biz siyasətə qarışmırıq. Ancaq rusların dediyi kimi, bir güllə ilə iki dovşan vurmaq istədik. Həm Leninin heykəlini qoruduq, həm də heykəlini götürdük. Onu yeni bir sənət əsərinə çevirmək istədik” - deyir heykəltəraş.

Köhnə heykəllər parkı

Lenin kimi heykəlləri yığıb əsrin tənha qalmış qəhrəmanlarından ibarət park salmaq istəyirik

Heykəltəraş sovet dövrünü əks etdirən heykəlləri bir yerə yığıb bir park da açmaq istəyir:

“Lenin kimi heykəlləri yığıb əsrin tənha qalmış qəhrəmanlarından ibarət park salmaq istəyirik. Şəhərin meydanlarındakı heykəlləri Disneyland-ə oxşar ayrı bir yerə, hamının baş çəkə biləcəyi bir yerə toplamaq istəyirik. Mənə elə gəlir ki, bu heykəlləri birdəfəlik söküb atsaq, bizdən sonrakı nəsillər “doğrudan da bu adamlara ehtiyacımızın olub-olmadığı” mövzusunda özləri nəticə çıxarmaq imkanından məhrum olacaqlar”.

Milov həm də heykəlləri olduğu kimi saxlamağın tərəfdarıdır:

“Ancaq başqa seçim yoxdursa, onları sovet karikaturalarının qəhrəmanlarına çevirəcəyəm”.

Yeni heykəlini ərsəyə gətirmək üçün Milov Darth Vader-in başına dəbilqə, dəbilqəyə isə wi-fi yönləndirici quraşdırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG