Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:18

►Uktayna hökuməti fəaliyyəti ilə krımlıları özünə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır?

İki il əvvəl martın 16-da Rusiyanın işğal etdiyi Krım ərazisində "referendum" keçirildi.

Bu psevdosəsvermənin təşkilatçıları yarımadanın 97%-nin Ukraynadan ayrılmağa səs verdiyini elan etmişdilər.

İki gün sonra Moskvada "Krım və Sevastopolun federasiya subyekti qismində Rusiyaya birləşməsi" haqda saziş imzalandı.

Bəs yarımadanın Ukraynaya qaytarılması nədən asılıdır?

Ukraynanın Ali Radası 2014-cü ilin 20 fevralını rəsmən Krım və Sevastopolun Rusiya tərəfindən müvəqqəti işğalının başlanğıcı elan edib.

Beynəlxalq təşkilatlar Krımın ilhaqını qeyri-qanuni elan ediblər. Qərb ölkələri Rusiyaya qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq ediblər. Rusiya isə yarımadanı işğal etdiyini inkar edərək baş verənləri "tarixi ədalətin bərpası" adlandırır.

Mustafa Dzhemilev

Mustafa Dzhemilev

Amnesty International bildirir ki, Krımın Rusiya tərəfindən ilhaqından sonra yarımadada Krım tatarları yoxa çıxmağa başlayıb. Krım tatarlarının lideri Mustafa Cemilevin verdiyi məlumata görə 2014-cü ildən bəri 20 Krım tatarı yoxa çıxıb.

Hüquq müdafiəçiləri həmçinin bildirirlər ki, Krımın ilhaqından sonra yarımadanın faktiki hakimiyyəti "söz, toplaşma və birləşmə azadlığlnı məhdudlaşdırıb".

Təşkilatın hesabatında deyilir ki, hamıdan çox Krım tatarları əziyyət çəkirlər. Belə ki, onların ictimai yığıncaqları daim qadağan olunub. Krım tatar dilində işləyən KİV-lər isə bağlanmağa məcbur olub. Krım tatar liderlərinin evlərində müntəzəm axtarışlar aparılıb, onlara qarşı cinayət işləri açılıb, onları siyasi ittihamlarla həbs ediblər.

Sənəddə həmçinin Krım tatar xalqının Məclisi və onun nümayəndələrinə qarşı repressiyalardan, ukraynameylli fəalların həbs olunması, habelə Rusiya məhkəməsinin Krımda terror aktı təşkil etmək ittihamı ilə rejissor Oleq Sentsov və yoldaşlarınu mühakimə edərək hökm oxuması barədə də danışılır.

Sergei Aksyonov

Sergei Aksyonov

Ancaq Krımın işğalçı "hökumətinin" rəhbəri Sergey Aksyonov Rusiyanın NTV kanalına müsahibəsində Krım tatar xalqının sıxışdırılması barədə məlumatları yalan adlandırıb.

İki həftə bundan qabaq Krımın Rusiyaya tabe olan Ali məhkəməsi Krım tatar xalqının Məclisinin qadağan olunması ilə bağlı işə baxmağa başlayıb. Məhkəmənin birinci iclasında ittiham tərəfi Rusiya müstəntiqlərinin fikrincə, Krım tatarlarının təmsilçilik orqanının fəaliyyətinin "qanunazidd və ekstremist" olduğunu təsdiq edən sənədlərin işə əlavə edilməsini tələb edib.

BMT Rusiyanı Krımda Krım tatar xalqının Məclisinin qadağan olunmasına yol verməməyə çağırıb. Avropa Birliyi də bu məhkəmə çəkişməsi ilə bağlı narahatlıq ifadə edib.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Ukraynanın xalq deputatı, Krım tatarlarınınlideri Mustafa Cemilev Azadlıq Radiosunun efirində deyib ki, Krımın ilhaqından sonrakı ilk vaxtlarda Rusiya hökuməti Məclislə razılığa gəlmək istəyib. Hətta Krım tatarlarının Krımın yeni hökumət strukturlarında 20%-dən az olmayaraq təmsil olunmasını təmin etməyə söz veriblər. Bundan başqa tarixi toponimikanın bərpasından və sosial problemlərin həllindən də söhbət gedirmiş. Ancaq əməldə hər şey repressiya ilə nəticələnib.

"Əvvəlcə onlar Məclisin bir hissəsini cürbəcür yollarla, yəni şantaj, hədə-qorxu, rüşvət yolu ilə öz tərəflərinə çəkməyə çalışdılar. Böyük uğur qazanmadılar. Bu yolla hardasa 4-5 adam yığa bildilər. Ancaq əsas hissə öz prinsiplərinə sadiq qaldı. Daha sonra yeni Qurultay çağırmağa cəhd etdilər. Bu Qurultay yeni, işğalçılara uyğun gələn bir Məclis seçməli idi. Bu isə o deməkdir ki, milli qurultayın 244 nümayəndəsi bu "qurultayda" iştirak etməyə razılıq verməli və işğalçıların təklif edəcəyi siyahıya səs verməli idi," deyə Cemilev qeyd edib.

Petro Poroshenko

Petro Poroshenko

Ukrayna Prezidenti Petro Poroşenko ukraynalı jurnalistlərə deyib ki, Krımın işğaldan azad edilməsi "Cenevrə plyus" formatı çərçivəsində həyata keçiriləcək. Ukrayna tərəfi ilhaq olunmuş yarımadanın azad edilməsi üzrə beynəlxalq qrupun yaradılması təşəbbüsünü irəli sürüb. Bu qrupa Avropa Birliyi, ABŞ və Budapeşt memorandumunun qarantı olan ölkələr qoşulmalıdır.

Mustafa Cemilev deyir ki, belə danışıqlar o vaxt ekkeftiv ola bilər ki, tutduğu mövqedən asılı olmayaraq danışıqlar masası arxasına Rusiya da oturar. Ancaq Moskva ilhaqı tanımır və birmənalı olaraq Krımın "Rusiya Federasiyasının tərkib hissəsi" olduğu mövqeyindən çıxış edir. Krım tatarlarının lideri eyni zamanda əmindir ki, ruslar "çətinə düşəndə" danışıqlar masası ətrafında oturmağa razılıq verəcəklər. Bunun üçün yeganə yol sanksiyaların gücləndirilməsidir.

Ukraynanın keçmiş Xarici işlər naziri Vladimir Oqrızko isə Azadlıq Radiosunun efirində deyib ki, Krımın Ukraynaya qaytarılması xarici yox, daxili amillərdən asılıdır.

Onun sözlərinə görə bundan ötrü Ukrayna uğurlu olmalıdır. O hətta fikrini dəstəkləmək üçün Qərbi və Şərqi Almaniyanı nümunə göstərib.

Vladimir Oqrızko bəzi təhlilçilərin Vladimir Putunun Donbasda və xüsusilə də Suriyadakı əməlləri ilə Krım məsələsini kölgəyə saldığı barədə fikirləri ilə razı deyil.

ABŞ Dövlət Karibinin köməkçisi Victoria Nuland Senatın xarici işlər komitəsi qarşısında çıxış edərkən Krım məsələsinə toxunub. O deyib ki, Kreml Ukrayna torpağının bu hissəsində öz iradəsini sırıdığı müddətdə Krımla bağlı sanksiyalar qalmalıdır.

Eyni zamanda ABŞ Dövlət Departamenti Krımın ilhaqının iki illiyi münasibətilə bəyanat verərək Rusiyanı "işğala son qoyaraq Krımı Ukraynaya qaytarmağa" çağırıb.

"Biz əvvəlki kimi Rusiya tərəfindən işğal edilmiş Krımdakı vəziyyətdən dərin narahatlıq keçiririk. Burada işğalçı "hökumət" fərqli düşünənlərə təzyiq edir, etnik və dini azlıqlar, xüsusən də Krım tatarları və etnik ukraynalılar ciddi repressiyalara məruz qalırlar. Qeyri-hökumət təşkilatları və müstəqil kütləvi informasiya vasitələri əvvəlki kimi ya susurlar, ya da sıxışdırılıblar. Beynəlxalq müşahidəçilər əvvəlki kimi yarımadaya gəlmək imkanından məhrum ediliblər," deyə bəyanatda qeyd edilir.

"Biz XXI əsrdə sərhədlərin güc yolu ilə dəyişdirilməsini qəbul etməyəcəyik. Krımla bağlı sanksiyalar işğal davam etdiyi müddətdə qüvvədə qalacaq," deyə Dövlət Departamenti bildirir.

ABŞ-ın keçmiş Dövlət Katibi Condoleezza Rice isə deyib ki, Ukraynanın "Krım məsələsini" tezliklə həll etmək imkanını görmür.

"Təəssüf ki, Krımda biz Avropa ərazisində daha bir dondurulmiş münaqişə əldə etdik," deyə o bildirib.

Ancaq bununla yanaşı xanım Rice Krımın zamanla yenidən "təkcə hüquq normalarına görə deyil, reallıqda da" Ukraynanın tamhüquqlu hissəsi olacağına ümid ifadə edib.

Ukraynanın energetika nazirinin keçmiş müavini Vadim Ulida deyib ki, Ukrayna işğal olunmuş yarımadaya elektrik enerjisi satması Ukraynanın enerji sistemi üçün yox, məhz krımlılar üçün vacib məsələdir.

Onun sözlərinə görə əgər Krıma elektrik enerjisinin satılması bir il əvvəl dayandırılsa idi bu Krım üçün əsl fəlakət olardı.

"Bu müddət ərzində Rusiya enerji körpüsü çəkə bilib ki, bu da Krımın enerji təminatı ilə bağlı vəziyyəti xeyli dərəcədə yüngüləşdirib. Onlar bu sualtı kabel vasitəsilə yarımadanı qismən enerji ilə təmin etməyə nail olublar. Bildiyim qədər indi də oranın öz enerji təminatı sisteminin inkişafına ciddi vəsait xərcləyirlər," deyə Vadim Ulida Azadlıq Radiosuna bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG