Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:03

Ekspertlər 2014-cü ildə şərqi Ukrayna üzərində 298 insanın ölümü ilə nəticələnmiş təyyarə partlayışının Rusiyanın Buk yer-göy raketinin zərbəsindən törəndiyini deyirlər

AzadlıqRadiosunun Ukrayna xidməti Britaniya QHT-lərindən birinin hesabatına istinadən bildirib ki, 2014-cü ilin 17 iyulunda şərqi Ukrayna üzərində 298 insanın ölümü ilə nəticələnmiş təyyarə partlayışı Rusiyanın Buk yer-göy raketinin zərbəsi nəticəsində baş verib.

İnternetdəki açıq informasiya mənbələrindən istifadə edən Bellingcat təşkilatı oktyabrın 8-də bildirib ki, Malayziya hava yollarına məxsus sərnişin təyyarəsini vurduğu söylənən Buk raket qurğusunun marşrutu onun 2014-cü ilin iyununda Rusiyanın Kursk şəhərindən çıxarılaraq Ukraynanın Donetsk vilayətindəki Snijne şəhəri ətrafındakı çöllüyə hadisə günü gətirildiyini göstərib.

Şübhəlilərin adları da bəllidir

QHT-nin hesabatında deyilir ki, təyyarə qəzasının ertəsi günü, normal halda 4 raketi olan qurğu üç raketlə Luqanks vilayətinin Rusiya ilə sərhədində qeydə alınıb.

Bellingcat, 53-cü briqadada bu insidentlə əlaqəli olduqları güman edilən şəxslərin adlarını hadisəni araşdıran komissiyaya təqdim edib

Bellingcat, 53-cü briqadada bu insidentlə əlaqəli olduqları güman edilən şəxslərin adlarını hadisəni araşdıran komissiyaya təqdim edib

Bellingcat bildirir ki, belə bir nəticəyə son 18 ayda virtual məkanda toplanması mümkün olan çoxsaylı məlumatların analizi ilə gəlib.

Bellingcat təşkilatının təsisçisi və direktoru Eliot Higgins deyib ki, bu məlumatlar əsasında MH17 reysinin Snijne yaxınlığından atılan Buk raketi ilə vurulduğunu əminliklə demək mümkündür.

O deyib ki, Buk qurğusunun əsl mənzili olan yer də aşkar edilib. Bu Rusiyanın 53-cü briqadasıdır.

Higgins əlavə edib ki, Bellingcat, 53-cü briqadada bu insidentlə əlaqəli olduqları güman edilən şəxslərin adlarını hadisəni araşdıran komissiyaya təqdim edib.

Ən yaxşı halda uydurma, ən pis halda saxta

Bellingcat təşkilatının hesabatı həmçinin Rusiya Müdafiıə Nazirliyinin 21 iyul 2014-cü ildə keçirdiyi mətbuat konfransında irəli sürülmüş dörd iddia ilə də ziddiyyət təşkil edir. Rusiya rəsmiləri iddia edirdilər ki, MH17 Ukraynanın qırıcı təyyarəsi tərəfindən və ya Ukrayna hərbiyyəsinin istifadəsində olan Buk qurğusundan vurula bilərdi.

Rusiya Müdafiə Nazirlyinin və Bukun istehsalçısı Almaz-Antey şirkətinin irəli sürdüyü ssenarilər ən yaxşı halda uydurulub

Bellingcat iddia edir ki, Rusiya hərbiyyəsi mətbuat konfransında nümayiş etdirilmiş dəlilləri yanlış şərh edib.

Hesabatda deyilir ki, Rusiya Müdafiə Nazirlyinin və Bukun istehsalçısı Almaz-Antey şirkətinin irəli sürdüyü ssenarilər ən yaxşı halda uydurulub, ən pis halda isə saxtalaşdırılmış dəlillərin köməyi ilə bilərəkdən yalan məlumat verilməsi üçün istifadə edilib.

Bellingcat təşkilatının əməkdaşlıq etdiyi beynəlxalq Birgə Təhqiqat Qrupunun (Joint Investigation Team) rəsmi hesabatı oktyabrın 13-də açıqlanacaq.

Bundan əvvəl, iyul ayında açıqlanmış ilkin nəticələrə aid hesabatda deyilirdi ki, MH17 Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan ərazidən Buk raketi ilə vurulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG