Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:38

Ukraynanın şərqində Krım ssenarisi (27-28 aprel hadisılərinin xronikası)

- Ukraynanın Donbass regionunda təşəbbüs rusiyameylli silahlıların əlindədir. Aprelin 28-də daha bir şəhərdə (Konstantinovka) inzibati binaları tutan yaraqlılar mayın 11-də regionda referendum keçirmək əzmində olduqlarını deyirlər.

- Slavyanskda xarici müşahidəçiləri və Ukrayna hərbçilərini girov gptürənlərdən biri, özünü şəhər meri elan etmiş Ponomarevun müavini Ukrayna təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.

- ABŞ və Avropa Birliyi Cenevrə razılaşmalarını pozan Rusiya rəsmilərinə və çirkətlərinə qarşı sansksiyalar elan edib.

- Xarkov meri Kernes-ə sui-qəsd olub. O, ağır vəziyyətdə reanimasiyadadır.

- Ukrayna Ali Radası yerli özünüidarə orqanlarının səlahiyyətlərinin artırılması ilə bağlı referendum məsələsini müzakirəe tməyə çağırır.

AzadlıqRadiosu hadisələri yaxından izləyərək bu bloqu daim yeniləyir. Məlumatlar xronoloji ardıcıllqla yerləşdirildiyindən ən son xəbərlər mətnin əvvəlindədir. Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla «Canlı bloq»umuzda daha əvvəl gedən xəbərlərlə tanış olmaq mümkündür.
23:06 28.4.2014
Ukraynanın şərqində separatçılar üsyanı genişlənir. Aprelin 28-də bu bloqun yenilənməsini Kontsantinovka şəhərinin ələ keçirilməsi xəbəri ilə başladıq. Oradan gələn videogörüntülərlə bügün bloqun yenilənməsini başa vururuq (təcili xəbərlər olmasa). Sabah, aprelin 29-da bizi izləməyi unutmayın. Ukrayna hadisələri ilə bağlı şərhlərinizi saytımızda və ya FB səhifəzmdə bölüşün.
Separatçılar Konstanstinovkanı nəzarətə alır
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

Separatçılar Konstanstinovkanı nəzarətə alır

Aprelin 28-də bir qrup silahlı şəxs Konstantinovka şəhər bələdiyyə binasını nəzarətə alıbıar. Bundan sonra şəhər girişində post qurublar.

22:27 28.4.2014
Donetskdə daha bir inzibati binadan Ukrayna bayrağı çıxarılır
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00
Donetsk vilayətində inzibati binaları zəbt edən silahlı dəstələri yerli əhali nə dərəcədə dəstəkləyir?Demək olmaz ki, onlara rəğbət bəsləyən yoxdur, amma aydındır ki, onları bəyənməyənlər də var. Fərq ondan ibarətdir ki, separatçı meylli vətəndaşlar fəaldırlar və daim küçədədirlər. Her şeylə yanaşı, onlar özləri kimi düşünmyənlərə qarşı xeyli aqressivdirlər. Donetskdə tez-tez çağırışlar səslənirdi ki, bu aqressiv insanlara hakimyyəti həvalə etmək olmaz, küçələrə çıxıb etiraz bildirmək lazımdır. Belə. Aprelin 28-də bir qrup adam buna cəhd etdi. Nəticəsi acınacaqlı oldu...Şahidlərdən biri tvitterdə yazır ki, Donetskdə onlrla adamın yaralandığı toqquşmada onu ən çox narahat edən odur ki, yerli polis aqressiv Rusiyapərəst gənclərinin qarşısını almağa cəhd belə göstərmirdi.

Jurnalist Christopher Miller yazır ki, bugünkü toqquşmalarda belə yaralanan çox olub.
22:00 28.4.2014
Donetsk şəhərində Ukraynanın bütövlüyünün tərəfdarları yürüşə çıxıblar. Rusiyameyli aqressiv vətəndaşlar onlara hücum edib.

Davamı

XS
SM
MD
LG