Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:01

'Qarabağ' və 'Qəbələ'nin Avropa sınağı


'Qarabağ' - 'Viktoriya Plzen'
'Qarabağ' - 'Viktoriya Plzen'

Bu gün, avqustun 18-də UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk görüşləri keçiriləcək.

Azərbaycan çempionu «Qarabağ» və bürünc mükafatçı «Qəbələ» qrup mərhələsinə düşməkdən ötrü mübarizə aparacaqlar.

«Qarabağ» rəqib meydanda İsveçin «Qöteborq» klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlamalıdır. «Qarabağ» klubun rəsmi saytının verdiyi xəbərə görə, baş məşqçisi Qurban Qurbanov oyun öncəsi deyib ki, onları çətin sınaq gözləyir:

«TURUN QALİBİ BAKIDA MƏLUM OLACAQ»

««Qöteborq»un pik nöqtəsidir. Üstünlük rəqib tərəfdədir, çünki evdə, azarkeşləri önündə oynayacaqlar. Buna baxmayaraq, komandam bu oyuna hazırdır. Ən yaxşısını etməyə çalışacağıq. Belə oyunlarda təcrübəmiz var, xüsusi ilə də pley-off oyunlarında. Rəqib çox istəklidir, bizə əvvəlki illərdən daha çətin pley-off oyunu olacaq. «Qöteborq» daha çox kollektiv oyuna üstünlük verir. Turun qalibi Bakıda məlum olacaq».

«Qəbələ» isə doğma «Dalğa Arena» stadionunda Sloveniyanın «Maribor» klubu ilə üz-üzə gələcək. Bu oyunun da start fiti 21:00-da verilməlidir. Qəbələnin baş məşqçisi Roman Hrygorchuk isə deyib ki, rəqibi yaxşı təhlil ediblər:

«BİR FAİZ ŞANS OLSA DA...»

«Rəqib barədə kifayət qədər məlumatımız var ki, bunu da futbolçularla bölüşdük. Onlar da rəqib barədə öz fikirlərini formalaşdırırlar. Sloveniya təmsilçisini güc baxımından əvvəlki rəqiblərimizlə müqayisə etməzdim. «Maribor» güclü, yaxşı təşkilatlanmış komandadır. Rəqibin futbolçuları çox sürətli oynamağı sevirlər. Bu komandada məşqçi işi hiss olunur. Çünki rəqib futbol oynamağı bacarır. Şanslarla bağlı danışmağı xoşlamıram. Bir faiz şans olsa da, bunun üçün sonadək mübarizə aparmaq lazımdır. «Maribor»la matça yüksək səviyyədə konsentrasiya olmuşuq».

XS
SM
MD
LG