Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:18

►İcra hakimiyyəti: “Adamlar özləri qəbiristanlıqlarda belə vəziyyət yaradırlar. Məzarlığa yaxın ərazidə yaşayanlar zibili elə oralara tökürlər”

“Rus qəbiristanlığı zibil poliqonuna çevrilib. Hətta qəbirlərin arasında zibil quyusu qazılaraq istifadəyə verilib. Qəbirüstü xaçlar sındırılıb, qəbirlərin ətrafındakı məhəccərləri söküb aparıblar”.

Ucardakı rus qəbiristanlığının bərbad vəziyyəti ilə bağlı AzadlıqRadiosuna məktub və fotolar göndərən Vasif Abdullayev adlı dinləyicinin iddiasına görə, bütün bunlar qəsdən törədilib:

“KİMƏ METAL MƏHƏCCƏR LAZIM OLURSA...”

“Qəbir sökənə və buna göz yumana nə ad vermək olar? Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi hara baxır? Rayonda maarifləndirmə tədbirləri düzgün aparılsaydı, xristian xaçlarına bu şəkildə hörmətsizlik görməzdik. Hər gün xaçların üzərində təhqiramiz hərəkətlər olunur. Kimə metal məhəccər lazım olursa, rus qəbiristanlığına üz tutur”.

Vasif Abdullayev yazır ki, qəbiristanlığın yerləşdiyi ərazi üzrə icra nümayəndəliyi bunları görür və üzünü yana çevirir.

Ancaq Ucar rayon icra hakimiyyəti deyir, vəziyyət heç də belə deyil:

“Düzdür, qəbiristanlıqlardakı təmizlik işlərinə bələdiyyə baxır. Ancaq biz də şahidiyik ki, adamlar özləri belə vəziyyət yaradırlar. Məzarlıqlara yaxın yaşayanlar zibili elə oralara tökürlər. Qəbirüstü abidələrə gəlincə, mərhumların, demək olar ki, hamısının qohumları çıxıb gedib. 20 ildən çoxdur, qəbirləri ziyarət edən yoxdur. Qəbirüstü abidələrin təhqirindən söhbət gedə bilməz. Sadəcə, ola bilsin ki, külək bəzilərinin üstündəki xaçları aşırıb”.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG