Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 05:34

«Airbus» şirkəti «City Airbus» adlanan uçan taksilər hazırlayır.

«The Daily Mail»in yazdığına görə, sərnişinlər bu uçan cihazları smartfonları ilə çağıracaqlar.

«Vahana» adlanan layihə çərçivəsində «Airbus» pilotsuz uçan cihazlardan bir şəbəkə hazırlayacaq. Bu şəbəkəyə bağlı taksilər şəhər içində sərnişinləri istədikləri yerə havayla aparacaqlar.

Cihazları öncə pilotlar proqramlaşdırır, daha sonra öz-özünə uçurlar. Sərnişinlər mobil proqramla dronları sifariş edə biləcəklər.

Şirkət sınaqlara 2017-ci ildə başlayacaq.

Dronların enib qalxmasından ötrü xüsusi sahələrin yaradılacağı bildirilir.

XS
SM
MD
LG