Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 09:21

►"Uber" indən belə "Google"la bağlı olmaq istəmir

"Google" və "Uber"in ayrı-ayrılıqda özü-özünü idarə edən maşın layihələri üzərində çalışması şirkətlərarası münasibətləri gərginləşdirir

"Uber" taksi şirkəti daxili xəritə xidmətini önəmli dərəcədə genişləndirəcəyini bildirib.

Şirkətin kartoqrafiya şöbəsinin müdiri, "Google Maps"in keçmiş rəhbəri Brian McClendon bunu xəbərlərkən deyib ki, şirkət "xəritəçəkmə sahəsinə yatırdığı sərmayəni iki dəfə artıracaq".

"The Financial Times" bu sərmayənin 500 milyon dollar həcmində olacağını yazıb.

Buna da bax: London taksiləri etiraz etdilər

Öncə ABŞ-dan Meksikaya…

McClendon-un sözlərinə görə, "Uber"in "Google"unkuna oxşar xəritələrlə təchiz olunmuş maşınları bu yay əvvəlcə ABŞ-dan Meksikayadək, daha sonra digər ölkələrin hamısında işə başlayacaq.

"Uber" sürücülərini yönləndirərəkən, "Google" şirkətinə və özünə aid kartoqrafiya texnologiya və məlumatından yararlanır. Ancaq McLendon deyir ki, "Google"un topladığı məlumat bəzi hallarda "Uber"in ehtiyaclarını ödəmir.

Münasibətlər gərgindir?

"Uber"lə "Google"un münasibətləri, yumşaq deyilsə, gərgindir. "Uber" yeni yarananda “Google” onun ilk sərmayədarlarından olub və deyildiyinə görə, "Uber"də 7 faizlik payı varmış.

İki şirkət arasındakı rəqabət onların məsafəli davranmalarına yol açır. "Google"un "Waze" xidməti (smartfonlara GPS təməlli coğrafi naviqasiya əlavəsi) bu il bazarda "Uber"in rəqibi olan "Lyft"la əməkdaşlıq edib. Hələ bu azmışcasına, "Waze" özünün karpulinq (ingiliscə "carpooling" kəlməsi eyni yerə gedən insanların bir-biri ilə əlaqə saxlayaraq, eyni maşını bölüşməsi deməkdir –tərc.) xidmətini işə salıb.

Buna da bax: Özü idarə olunan maşınlar nəyi dəyişəcək?

Və günün birində…

Ancaq bütün bu sadalananlar "Google" və "Uber"in ayrı-ayrılıqda özü-özünü idarə edən maşın layihələri üzərində çalışmasının yanında toya getməlidir.

Həmin maşınlar da son dərəcə dəqiq xəritələrlərlə işləyir. Hər iki şirkət bu sahədə birbaşa rəqibə çevrilərsə, tutalım, günün birində "Google" da özünün taksi xidmətini işə salarsa, onda onun xəritələrindən asılılıq "Uber"i ciddi şəkildə zəiflədə bilər (və ya tam tərsinə).

Bu yeni addım "Uber"in gələcək robot maşınlarının tam özlərinə uyğun məlumatdan yararlanmasına yol açacaq. Ən başlıcası, "Uber" istəyir ki, istifadə etdiyi hər şey özünün olsun.

XS
SM
MD
LG