Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:17

Twitter-dən videoyla bağlı yenilik


Twitter
Twitter

-

Twitter-də artıq daha uzun videolar paylaşmaq olar.

Sosial şəbəkənin rəsmi bloqunda verilən məlumata görə, istifadəçilər indi 30 saniyə əvəzinə, 140 saniyəlik videolar çəkib paylaşa biləcəklər.

Twitter yeniliyi videoya olan marağa bağlayır:«2016-cı ildən bəri videotvitlər 50 faiz artıb. İstifadəçilər hər gün məzəli və ya önəmli videoları izləməyi sevirlər».

Yenilik iOS və Android platformalı cihazlar üçün əlçatandır. Tezliklə Mac və Windows üçün də aktivləşəcəyi bildirilir.

İstifadəçilər qısa zamanda Vine-da (məzəli videolar proqramı) da 140 saniyəyədək uzun videolar görə biləcəklər. Bir qrup Viner artıq yeniliyi sınaqdan keçirir.

Twitter-də video və Vine tapmaq da asanlaşır. Artıq hər hansı videoya tıkladıqda daha geniş ekranda açılır və altında digər populyar videoları izləmək təklif edilir.

XS
SM
MD
LG