Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:05

Twitter-də 360 dərəcəlik video dönəmi başlayır


Twitter
Twitter

-

YouTube və Facebook-dan sonra Twitter də 360 dərəcəlik videoları dəstəkləməyə başlayır.

Belə videolar həm masaüstü, həm də mobil versiyada dəstəklənəcək.

Yeni özəllik NBA basketbol çempionatının final oyunlarından başlayaraq, gerçəyə çevriləcək.

İlk dəfə NBA-nın rəsmi Twitter səhifəsində yayımlanacaq videonun «Samsung gear 360» kamerasıyla çəkiləcəyi bildirilir. Bu addım göstərir ki, şirkət 360 dərəcəlik videolarla bağlı «Samsung»la əməkdaşlıq edəcək.

Belə videolarda kameranı fırladan tamaşaçı olayın birbaşa iştirakçısına çevrilir və videonu özü seçdiyi rakursda izləyir.

XS
SM
MD
LG