Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:14

Milli Televiziya və Radio Şurası (MTRŞ) rəqəmli yayım zamanı istifadə olunacaq dekoderlərlə bağlı əhaliyə müraciət edib. Əhali HD formatı dəstəkləyən dekoderlər almalıdır.

MTRŞ-nin texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov APA-ya deyib ki, bir çox telekanal HD formatda yayımlanır. Gələcəkdə isə bir neçə telekanalın da HD formatına keçməsi planlaşdırılır: «HD formatı dəstəkləməyən dekoderlərlə telekanalları izləmək mümkün olmayacaq. Alınacaq dekoderlər HD formatını dəstəkləməlidir. Əks halda HD formatlı TV proqramlarını izləmək mümkün olmayacaq».

Şöbə müdiri qeyd edib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2 şirkətlə danışıqlar aparsa da, hələlik onlardan xarici ölkələrdən dekoderlərin gətirilməsi xahiş olunmayıb: «Bunun səbəbi ölkəmizin ticarət şəbəkələrində kifayət qədər dekoderin olmasıdır. Lakin şirkətlərdən hazır vəziyyətdə gözləmələri və lazım gəldikdə həmin dekoderlərin ölkəyə gətirilməsinin təmin olunması xahiş olunub. Göründüyü kimi, bu məsələ ciddi şəkildə nəzarətdədir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi gələn həftədən maarifləndirmə tədbirlərini gücləndirmək niyyətindədir».

Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının noyabrın 1-dən, respublikanın digər bölgələrində isə dekabrın 1-dən dayandırılacağı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG