Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:33

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 120 574,63 min dollar dəyərində tütün və tütün məmulatları idxal edilib.

Bu haqda "Report" saytı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumatda göstərilir ki, idxalda azalma var. Qeyd olunan göstərici 2015-ci ilin ilk doqquz ayına nisbətən 100 357,27 min dollar, yaxud 47,78 faiz azdır.

2016-cı ilin 9 ayında ölkəyə idxal olunan tütün və tütün məmulatları ümumi idxalın 1,94 faizini təşkil edib.

9 ayda tütün ixracında isə artım olub. Həmin müddətdə Azərbaycandan 7 035,56 min dollar məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da əvvəlki illə müqayisədə 679,52 min dollar yaxud 10,69 faiz çoxdur.

Tütün və tütün əvəzedicilərinin ixracı ölkənin ümumi ixracının 0,11 faizinə bərabər olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG