Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 05:55

Turqut Qəmbər həbslə hədələndiyini deyir (Yenilənib)


Turqut Qəmbər:” Məni həbslə hədələdilər”

NİDA Vətəndaş Hərəkatının üzvü Turqut Qəmbər sərbəst buraxıldıqdan sonra açıqlama yayıb.

T.Qəmbər saxlanmasının səbəbi haqda danışarkən, həbslə hədələndiyini bildirib. O, Turan-a deyib ki, Bakı Apellyasiya Məhkəməsinin binası qarşısında tutulduqdan sonra bir neçə saat Bakı Şəhər Baş Polis İdarəsində saxlanıb.

“Mənə saxlanılmağımın səbəbini söyləməyiblər, amma uzun müddət Elgiz Qəhrəmanı (avqustun 12-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə həbs olunmuş NİDA fəalı) niyə dəstəklədiyimiz barədə sorğu-sual ediblər. Niyə “dövlətin əleyhinə çıxdığımızı” soruşurdular”, T. Qəmbər bildirib.

T. Qəmbər qanunazidd əməl törətmədiyini bildirib.

“Biz sadəcə Apellyasiya Məhkəməsinin binası qarşısında dayanıb dostumuzun işi üzrə məhkəmənin qərarını gözləyirdik”, deyə T. Qəmbər qeyd edib.

T.Qəmbəri Avqustun 18-i səhər NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın məhkəməsində saxlamışdılar. Onu mülkü geyimli şəxslər aparmışdı. Həmin şəxslər onu Bakı Baş Polis İdarəsinə apardıqlarını bildirmişdilər.

Vəkil Nemət Kərimli Turqut Qəmbərlə getmək istəsə də, buna imkan verilməmişdi.

Turqut Qəmbər bir neçə saatdan sonra buraxılıb. O, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin oğludur.

Günün bütün mövzuları

XS
SM
MD
LG