Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:02

Tələbələrə zorla pambıq yığdırırlar


Qaraqalpaq tələbələri pambıq zəmilərinə aparılır - 2014
Qaraqalpaq tələbələri pambıq zəmilərinə aparılır - 2014

-

Özbəkistanda Qaraqalpaq Dövlət Universitetinin tələbələrini pambıq yığmağa aparıblar. AzadlıqRadiosunun özbək xidməti adının çəkilməsini istəməyən mənbəyə istinadən yazır ki, universitetin 3-cü kurs tələbələri mayın ortalarında Keqaylı rayonuna aparılıblar:

«Mayın 17-dən pambıq tarlalarında 35-40 dərəcə isti altında işləyirik. Bizi günün istisində belə işləməyə məcbur edirlər, gün yandırır bizi. Bəlkə siz böyüklərdən xahiş edəsiniz, onların da bizə yazığı gələ, şəraitimizi yaxşılaşdırarlar», - AzadlıqRadiosuna adının çəkilməsini istəməyən tələbələrdən biri deyir.

Tələbələri ödənişsiz, əməkhaqqı ödəmədən işlədirlər və özü də təkcə bir qrup tələbəni yox. AzadlıqRadiosunun özbək xidməti yazır ki, məcburi pambıq yığmağa aparılan tələbələrə Qaraqalpaqstan Muxtar Respublikasının Turtkul, Ellikkalin, Beruni və Amudar pambıq becərilən ərazilərində rast gəlinir.

Hüquq müdafiəçisi Aman Sagidullaev deyir ki, pambıq sahələrində tər tökənlər arasında tələbə-hüquqşünas, tələbə-filoloq var:

«Universitetlərdə tədris mayın ortalarında dayanıb. Tələbələr səhər saat 6-dan gecəyədək müftə pambıq yığırlar».

«İŞÇİ QÜVVƏSİ ÇATIŞMIR»

May ayında Qaraqalpaqın pambıq tarlalarında görünən təkcə tələbələr deyil, onların arasında dövlət müəssisələrinin işçiləri də olur.

Məktəblilər pambıq yığımında - 2014
Məktəblilər pambıq yığımında - 2014

«Özbəkistan Alyansı» hüquq müdafiə təşkilatının rəhbəri Elena Urlayeva AzadlıqRadiosuna müsahibəsində deyir ki, eyni vəziyyət ölkənin başqa regionlarında da müşahidə edilir:

«Mən Sırdarya vilayətindən, Çinaz rayonundan yenicə qayıtmışam. Sahələrdə tələbələri görmədim, amma tibb işçiləri, müəllimlər, büdcə təşkilatının əməkdaşları pambıq yığırlar».

Qaraqalpaq hüquq müdafiəçiləri tələbələrin pulsuz-parasız pambıq sahələrində işlədilməsini regionda işçi qüvvəsinin çatışmazlığı ilə izah edirlər.

“Qaraqalpaqda fermerə kömək edəcək işçi qüvvəsi yoxdur. Hamı muzdlu iş üçün Qazaxıstan və Rusiyaya gedib», - Aman Sagidullaev deyir.

Bir çox beynəlxalq təşkilat dəfələrlə Özbəkistan hakimiyyətini məcburi əməyə son verməyə çağırıb. 100-dən çox tanınmış şirkət qul əməyindən istifadəyə görə özbək pambığını almaqdan imtina edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG