Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:21

Türkmənistanda kommunal güzəştlərin ləğvi təklifi səslənib


Gurbanguly Berdymukhammedov
Gurbanguly Berdymukhammedov

Türkmənistan Ağsaqqallar Şurasının üzvləri prezident Gurbanguly Berdymukhammedov-a ikinci dəfə «Türkmənistan Qəhrəmanı» adının verilməsini təklif ediblər. Bu barədə məlumatı ölkənin dövlət informasiya agentliyi yayıb.

Ölkə başçısı Şuranın nümayəndələrinə təşəkkür edərək bildirib ki, bu addımı xalqın hörmət və etimadının ifadəsi sayır. O, daha sonra yüksək mükafatdan imtina edib və ağsaqqalların bunu anlayacağına ümid bəslədiyini bildirib.

GÜZƏŞTLƏRİN LƏĞVİ VAXTI ÇATIB?

Şuranın iclasında «milli liderin yorulmaz əməyi sayəsində xalqın həyatının sosial-məişət səviyyəsinin aramsız yüksəldiyi» deyilib. Ağsaqqallar Şurası ardınca diqqətə çatdırıb ki, dövlət illərlə vətəndaşlara köməyə böyük pullar ayırıb. Ancaq indi «dövlət güzəştlərinin ləğvi və qiymətlərin malların əsl dəyərinə uyğun təyin edilməsi vaxtı çatıb».

Bu təşəbbüsə münasibət bildirən Gurbanguly Berdymukhammedov deyib ki, «milli iqtisadiyyatın gücünün əsas qaynağı olan təbii ehtiyatlar təkcə indiki nəslə xidmət etməməlidir». O, bundan sonra hökumətə Ağsaqqallar Şurasının bu və digər təkliflərini öyrənməyi tapşırıb.

PREZİDENT DAHA ÖNCƏ FİKRİNİ DƏYİŞMİŞDİ

Bu ilin aprelində hökumət iclasında çıxış edən prezident Gurbanguly Berdymukhammedov əhalinin qaz, su və elektrik enerjisi ilə güzəştli təminatının iqtisadi baxımdan məqsədəuyğun olmadığını vurğulamışdı. İyun ayında yenidən bu məsələyə qayıdan prezident sözügedən amilin bazar iqtisadiyyatına keçidə mane olduğunu vurğulamışdı, amma... Amma daha sonra «türkmən xalqının vicdanlı əməyini və dünya iqtisadiyyatının qəliz durumunu görən» prezident fikrini dəyişərək, kommunal güzəştləri ləğv etməmək qərarına gəlmişdi.

Həm alim, həm 'avtoş', həm də müğənni prezident

Həm alim, həm "avtoş", həm də müğənni prezident
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG