Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 00:39

Türkiyə dünya lideridir – həbsdəki jurnalistlərin sayına görə


Saxlananlar arasında tanınmış teleaparıcı Nazlı Ilıcak da var.

Saxlananlar arasında tanınmış teleaparıcı Nazlı Ilıcak da var.

Türkiyədə 15 iyul uğursuz çevriliş cəhdindən sonra jurnalistlərə təzyiqlər davam edir. Fövqəladə vəziyyət rejimində hökuməti tənqid edən 100-dən artıq media qurumu bağlanıb, 42 jurnalist şərti saxlanıb, xeyli sayda media əhlinin ölkədən çıxışı yasaqlanıb.

Bu barədə «Sərhədsiz Reportyorlar» Təşkilatı açıqlama yayıb.

DEMOKRATİYA ÖHDƏLİYİNƏ ZİDDİR

«42 təzəlikcə saxlanmış jurnalist çevriliş cəhdindən öncə həbsə atılmış qələm əhliylə birlikdə Türkiyəni dünyada ən çox jurnalisti həbsdə saxlayan ölkəyə çevirib», - qurumun Şərqi Avropa və Orta Asiya üzrə direktoru Johann Bihr deyir.

«Demokratik olduğunu bildirən bir ölkə bu titul üzrə Çinlə İranı necə qabaqlaya bilər axı? Çevriliş cəhdinin araşdırılması bu qədər jurnalistə qarşı sərt tədbirləri necə əsaslandıra bilər? Bir media qurumunun redaksiya siyasəti onun əməkdaşlarının çevriliş cəhdində iştirakına sübut sayıla bilməz. Jurnalistlərin fikirlərinə görə sağlıq və ailə durumlarını nəzərə almadan həbsə atmaq qəbuledilməzdir və Türkiyə xalqının demokratiya öhdəliyinə ziddir».

Bəyanatda qeyd olunur ki, 42 jurnalistdən 17-si, tanınmış teleaparıcı Nazlı Ilıcak daxil olmaqla, iyulun 30-da FETÖ-yə üzvlükdə ittiham olunaraq saxlanıb. Hökumət ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-in hərəkatını qısaca belə adlandırır və quruma «terrorçu təşkilat» deyir.

Erdoğan rəqəmlər açıqlayır: 1000-ə yaxın məktəb bağlanıb...

YAŞLI VƏ XƏSTƏ JURNALİSTLƏR

«Zaman» qəzetinin 6 jurnalisti «terrorçu təşkilatı tərifləməkdə» və «çevriliş cəhdinə qanuni don geyindirməkdə» şübhəli bilinib.

RSF bildirir ki, iyulun 31-də saxlanan 6 jurnalistin çoxu yaşlı və xəstədir. Onlar «Zaman» qəzetinin redaktoru Ekrem Dumanlı Gülen hərəkatına üzvlükdə şübhəli bilinib həbs olunduqdan sonra işi davam etdirməkdə suçlanırlar.

Daha bir neçə jurnalistin pasportu müsadirə olunub. Hayko Bağdat, Eren Keskin bu sıradadır. Jurnalistlərin bəziləri deyirlər ki, pasportları itirilmə, yaxud oğurlanma səbəbiylə ləğv olunub, baxmayaraq ki, onlar polisə belə bir məlumat verməyiblər.

«TWITTER» HESABLARI QAPADILIR

Təzyiqlərdən sosial media da yan ötə bilməyib. İyulun sonunda Ankara məhkəməsi Gülen-çi olduqları bildirilən onlarla jurnalistin və media qurumunun «Twitter» hesabını bağlayıb. Məsələn, Faruk Mercan, Emre Uslu, «Merkür Haber», «Samanyolu Medya» və «Kanal Türk TV» qərarın təsirinə məruz qalıb. Kürdpərəst media qurumlarından «Özgür Gündem» və DİHA, digər jurnalistlər Rifat Doğan, Gökçe Fırat və Feyzi İşbaşaran-ın da hesabları qapadılıb.

«Amnesty International» insan haqları təşkilatının Türkiyə təmsilçisi Andrew Gardner-in «Twitter» hesabı da bağlananlar siyahısındadır. O, RSF-in Türkiyə təmsilçisinə deyib ki, bu qərar «səfehdir, amma ciddi məsələdir». O, qərardan şikayət verəcəyini deyir, amma itirəcəyi vaxta təəssüflənir, «çünki onsuz da çoxsaylı işgəncə və söz azadlığı pozuntularını» sənədləşdirməklə məşğuldur».

Türkiyə RSF-in Ümumdünya Mətbuat Azadlığı hesabatında 180 ölkə içində 151-ci yerdədir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG