Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:21

Türkiyədə çevrilişə qarşı aksiyalar səhərə qədər davam edib


Türkiyənin bütün böyük şəhərlərində hərbi çevrilişə etiraz aksiyaları olub

Türkiyənin bütün böyük şəhərlərində hərbi çevrilişə etiraz aksiyaları olub

İyulun 17-də səhərə qədər Türkiyənin bütün böyük şəhərlərində hərbi çevrilişə etiraz aksiyaları davam edib.

Türkiyə mediasının məlumatına görə, İzmirdə aksiyaçılar səhərə qədər Saat Qülləsi meydanını tərk etməyib. Aksiyaçılar “Çevrilişə qarşı tək səsik”, “Türkiyəni sevirəm, çevrilişə qarşı çıxıram” şüarları və türk bayraqlarını qaldırıblar.

Buna da bax: Daha iki general həbs edildi [foto] [video]

İstanbuldakı Taksim meydanında da çevrilişə qarşı aksiya səhərə qədər davam edib. Meydanda təhlükəsizlik məqsədilə polislər əraziyə nəzarət edib. Yaxınlıqdakı Atatürk Mədəniyyət Mərkəzinə türk bayraqları və prezident Recep Tayyip Erdoğanın portretləri vurulub.

Buna da bax: Türkiyədə çevriliş cəhdi necə başladı

Türkiyənin paytaxtı Ankarada da etirazçılara səhərə qədər Kızılay meydanında çevrilişə qarşı şüarlar səsləndirib.

İyulun 15-də Türkiyədə bir qrup hərbçi çevrilişə cəhd edib. Əhali meydanlara çıxandan sonra çevriliş baş tutmayıb.

Buna da bax: Türkiyədə çevriliş niyə alınmadı: 5 səbəb

İyulun 16-a keçən gecə baş verən qarşıdurmalar nəticəsində 200-dən çox adam ölüb, 1000-ə yaxın adam yaralanıb. 3000-dən çox hərbçi həbs olunub. Onların arasında yüksək rütbəli hərbçilər – generallar, polkovniklər də var.

Günün bütün mövzuları

XS
SM
MD
LG