Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:43

Türkiyə Ukraynaya görə deyil


Antalya
Antalya

-

Bu ölkədəki turizm qiymətləri ukraynalıların gözünü qorxudub.

BU YAY UKRAYNA VƏTƏNDAŞLARI İSTİRAHƏTƏ HARA GEDƏCƏK?

«CurrenttimeTV» yazır ki, Türkiyə istirahət yerlərinin ukraynalı turistlərsiz qalma təhlükəsi var. Bu yay Türkiyənin hər iki qitəsinə putyovkalar xeyli bahalaşıb. Bir çox ailələr məzuniyyət günlərində sevimli dəniz kənarında dincəlmək zövqündən imtina etmək məcburiyyətində qalıblar.

«Türkiyə mənim üçün bir çox səbəblərdən əlverişlidir: o qədər də uzun olmayan yolçuluq, hər şey daxil, ekskursiya dolu əlavə proqramlar. Ancaq indi qiymət siyasətinin yüksək olması məni planlarımı dəyişməyə məcbur edir», - Olga Vladimirovna danışır.

TÜRKİYƏDƏ İSTİRAHƏT 30 FAİZ BAHALAŞIB

Turizm meneceri Olga Tymoshenko deyir ki, 30 faiz bahalaşma var. Onun sözlərinə görə, operatorlar öncədən bronlaşdırma olduğunu və bu zaman qiymətin düşdüyünü söyləyirlər: «Ancaq müştərilər zəng edib soruşanda ki, qiymətlər necədir, nə qədər ucuzlaşıb, dəhşətə gəlirlər. Ona görə də gözləyirlər ki, qiymətlər bəlkə keçən ilki kimi ola».

Əgər keçən il bir ailə 800 dollara Türkiyədə bir həftəlik istirahət edərdisə, bu il birhəftəlik putyovkanın qiyməti 1000 dollardan az deyil. Bunun müqabilində isə Ukraynada orta aylıq əməkhaqqı 300 dollardır.

«Keçən il öz uşağının sağlamlığının qeydinə qalan ana bunun üçün dənizin düz kənarı olmasa da, iki-üç həftəlik putyovka ala bilirdi. Ancaq o, indi bunu özünə rəva görə bilmir. Haradasa belə 30 faiz müştəri var», - Olga Tymoshenko deyir. O əlavə edir ki, həmvətənləri Ukraynanın sahilyanı şəhərlərini seçməli olacaqlar, çünki xaricə səfər edə bilməyəcəklər.

RUSİYA VƏ UKRAYNANI BİR-BİRİNƏ QARIŞDIRMAQ OLMAZ

Hərçənd, Türkiyə rus turistlərini itirdiyindən ukraynalıları ölkəsinə cəlb etmək üçün qiymətlərdə endirim edir.

«Başa düşmək lazımdır ki, Rusiya və Ukrayna bir-birinə təsir etməyən bazardır. Ukrayna öz potensialı ilə rəqabət apara bilməz. Mən maliyyə potensialını nəzərdə tuturam, çünki bizdə kifayət qədər ciddi iqtisadi böhran var. Bundan başqa, əhalinin sayına görə Ukrayna əhalisi Rusiya ilə müqayisədə minimum 3 dəfə azdır», - Ukrayna Turizm Operatorları Assosiasiyasının sədri Igor Golubakha deyir.

TÜRKİYƏ İSƏ UKRAYNADAN 1 MİLYON TURİST GÖZLƏYİR

Türkiyənin mədəniyyət və turizm naziri Mahir Ünal isə bu il Ukraynadan bir milyon turist gözlədiklərini deyib. «Milliyet» qəzetinin yazdığına görə, Mahir Ünal deyib ki, Ukrayna Türkiyə üçün, sadəcə, qonşu deyil, həm də strateji işbirliyi qurduqları ölkədir.

«Ukraynada iqtisadi böhrana rəğmən, keçən il Türkiyəyə gələn ukraynalı turist 700 min olub», - nazir deyib: «Bizim builki hədəfimiz Ukraynadan 1 milyon turistin gəlməsidir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG