Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:04

Türkiyə parlamenti “Türk axını” razılaşmasını ratifikasiya etdi


Foto arxiv
Foto arxiv

Türkiyə parlamenti “Türk axını” raz kəməri ilə bağlı Rusiya ilə imzalanmış razılaşmanı ratifikasiya edib.

Sənəd prezident Racep Tayyip Erdoganın təsdiqindən sonra qüvvəyə minməlidir.

“Milliyet” qəzetinin məlumatına görə səsvermədə iştirak edən 223 deputatdan 210-u layihəni təsdiqləyib.

7 nəfər layihənin əleyhinə səs verib, 6 deputatsa bitərəf qalıb.

Türkiyə ilə Rusiya 2016-cı il oktyabrın 10-da “Türk axını” kəmərinin tikintisi ilə bağlı razılaşma imzalayıblar.

Sənədi hər iki ölkə prezidentinin iştirakı ilə energetika nazirləri imzalayıb.

Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, kəmərin qurudan keçən hissəsini Türkiyə şirkəti, dənizə aid hissəsini isə Rusiya şirkəti tikəcək.

“Qazprom” şirkətinin rəhbəri Aleksey Miller bildirib ki, layihə çərçivəsində Qara dənizin dibindən iki qaz kəməri çəkiləcək.

Onun sözlərinə görə hər xəttin gücü 15 milyard 750 min kub metr olacaq.

Bu xətlərdən biri Türkiyə bazarını, digəri isə Türkiyə vasitəsi ilə Avropa ölkələrini təmin edəcək.

Layihəyə görə dənizdən keçən kəmərlərin tikintisi 2019-cu ilin dekabrınadək başa çatdırılmalıdır.

Qeyd edək ki, bir çox ekspertlər Türk axını kəmərini Azərbaycan qazını Türkiyə vasitəsi ilə Avropaya çıxaracaq Tanap və Tap layihələrinə alternativ hesab edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG