Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:00

Türkiyə Suriyanın sərhəd zolağını “İŞİD-dən təmizlədi”


Türkiyə qoşunları və onların müttəfiqi olan Suriya qiyamçıları Türkiyə-Suriya sərhədi boyunca İslam Dövləti adlandırılan təşkilatın döyüşçülərindən azad edib.

Amerika Birləşmiş Ştatları aylardan bəri Türkiyədən sərhədin bu seqmentinin bağlanmasını israrla rica edirdi.

91 kilometrlik bu zolaq İŞİD-in Türkiyə ərazisinə yeganə çıxış yeri idi. İD səfərbər etdiyi əcnəbi döyüşçüləri məhz buradan keçirərək Suriyaya gətirirdi.

Qərb habelə Türkiyəni sərhədin bu sektorunu açıq saxlamaqla İŞİD-ə silah-sursat və avadanlıq üçün çıxış verməkdə ittiham edirdi.

Associated Press xəbər verir ki, eyni vaxtda Suriyanın hökumətyövnlü qiyamçıları Hələb ətrafında genişmiqyaslı əks-həmələyə keçərək ötən ay itirdikləri mövqeləri geri alıblar.

Türkiyə tərəfindən dəstəklənən Azad Suriya Ordusu (ASO) Suriyanın şimalındakı sərhəd məntəqələri Əzəz və Carablus arasındakı zolağı cihadçılardan azad edilblər.

"Əzəzdən Carablusadək sərhədimizin 91 kilometrlik zolağının təhlükəsziliyi tamamilə bərpa edilib. Bütün terrorçu təşkilatlar geri oturdulub. Onlar çıxıb gediblər” – deyib baş nazir Binali Yıldırım.

İŞİD ətraf aləmdən təcrid edildi

Britaniyada mənzillənmiş Suriya Müxalifəti Müşahidə Qrupu da bildirir ki, İD xarici aləmlə əlaqəsini tamamilə itirib.

Xəbərdə deyilir ki, İD sərhəfin bu hissəsinə hətta 2014-cü ilin iyununda qondarma “xilafətini” elan edəndən əvvəl nəzarət edirdi.

Beləliklə, İraq və Suriyada böyük əraziləri qəsb etmiş ekstermist qruplaşma tamamilə ona düşmən qüvvələrin əhatəsinə düşüb.

Bundan əvvəl İD İraq və Suriyada bir sıra başqa mühüm məntəqələri itirmişdi. Söhbət İraqda Fəlucadan, Suriyada Mənbijdən gedir.

Türkiyıə Silahlı Qüvvələrinin bəyanatında deyilir ki, “Carablus-Əzəz xətti birləşdirilib”.

AP yazır ki, Türkiyə çoxdan bəri idi ki, Suriyada salamat zonanın yaradılmasını və Suriya qaçqınlarının orada yerləşdirilməsini istəyirdi.

Hazırda Türkiyədə 3 milyonadək Suriya qaçqını var.

Türkiyə həmçinin qətiyyətlə bildirib ki, Suriya kürdlərinin sərhəd boyunca ələ keçirdikləri iki anklavın birləşməsinə imkan verməyəcək.

Suriya kürdləri bu əraziyə özlərinin de facto muxtariyyəti kimi baxırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG