Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:55

Azərbaycan kimin tərəfini tutsun, Türkiyə, yoxsa Rusiyanın?


Karikatura
Karikatura

►“Azərbaycan kimi dövlət üçün açıq tərəf seçmək çox çətindir və məqbul da deyil"

Ankaradakı son terror olayı, Türkiyə-Rusiya münasibətlərinin gün-gündən qəlizləşməsi Azərbaycanda da narahatlıqla izlənir. Bu münaqişədə rəsmi Bakının kimin yanında olacağı ətrafında diskussiyalar da aktuallaşıb.

Milli Məclisin üzvü Rasim Musabəyov diqqəti ölkənin coğrafi mövqeyinə çəkir, seçimin təhlükəli olduğunu deyir. Ancaq politoloq Azərbaycanın heç vaxt Rusiya ilə birlikdə Türkiyəyə qarşı dayana bilməyəcəyini düşünür:

“Bu istisnadır. Biz hər zaman Türkiyəni dəstəkləmişik və dəstəkləyirik. Türkiyə də Azərbaycanı beləcə dəstəkləyir və dəstəkləyəcək. Ancaq Türkiyə- Rusiya münaqişəsi açıq müharibə səviyyəsinə gəlib çıxsa və bu müharibə, o cümlədən, Cənubi Qafqazda da özünü büruzə versə, Azərbaycan elə bir vəziyyətə gəlib çıxa bilər ki, seçim etsin. Bu, belə bir müharibədə Gürcüstanın hansı tərəfdə olacağından, NATO-nun hansı dəstəyi göstərəcəyindən, Ermənistanın və İranın özünü necə aparmasından asılı olacaq”.

"Azərbaycan da artıq seçim qarşısındadır"

“Əgər əvvəl Türkiyə ancaq PKK-ya qarşı vuruşurdusa, indi Suriya ərazisindəki PKK-nın iki qoluna və İŞİD-ə qarşı da mübarizə aparır. Ankara terrorunu törədənin Suriyadan gəlməsi isə Türkiyənin bu ölkəyə müdaxilə ehtimalını daha da artır”.

Bunu isə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir. Bildirir ki, Türkiyənin quru qoşunları Suriya ərazisinə daxil olmasa belə, bundan sonra Türkiyə bombardmanları intensivləşdirəcək:

“Əslində çox unikal vəziyyət yaranıb. Suriyadakı radikal kürdlər Bashar Assad-la müəyyən ittifaqdadırlar, Rusiyadan da dəstək alırlar. Türkiyənin strateji müttəfiqi olan ABŞ-ın belə həmin kürdlərlə müəyyən əlaqələri var. Belə çıxır ki, silahlı kürdlər həm Rusiya, həm Amerika, həm də Assad-la ittifaqdadırlar. Halbuki ABŞ Rusiyanın Suriyaya müdaxiləsinin əleyhinədir və Assad rejiminin getməsini tələb edir. Görünən odur ki, proses getdikcə gərginləşəcək”.

Elxan Şahinoğlu deyir ki, Azərbaycan son zamanlara qədər balanslaşdırılmış siyasət aparmağa çalışmasına baxmayaraq, artıq seçim qarşısındadır. Məsələn, gələcəkdə Suriyanın yenidən qurulmasında, Suriyaya hansısa bir hərbi kontingentin yerləşdirilməsində artıq Azərbaycanın da yer alması istəniləcək.Belə ki, yaxınlarda koalisiyanın qurulması aktuallaşacaq.

Türkiyədən cavab zərbələri
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

"İstənilən gərginlik Azərbaycan tərəfindən mənfi qarşılanır"

Parlamentin beynəlxalq əlaqələr komitəsinin üzvü Asim Mollazadə isə deyir ki, Türkiyə NATO-nun etibarlı üzvü olduğu üçün indi baş verənlər Rusiya-Türkiyə deyil, Rusiya-NATO qarşıdurması kimi qiymətləndirilməlidir:

“NATO-Rusiya qarşıdurması dünyaya çox böyük təhlükələr vəd edir. Bu, çox ciddi fəsadlar yarada bilər. Azərbaycanın mövqeyi hər zaman birmənalıdır. Türkiyə ilə Azərbaycan qardaş ölkələrdir, Türkiyə Azərbaycanın ən yaxın müttəfiqidir. Rusiyayla da Azərbaycanın normal qonşuluq münasibətləri var. Ona görə istənilən gərginlik, təbii olaraq, Azərbaycan tərəfindən mənfi qarşılanır. Biz istərdik ki, proseslər tamamilə fərqli istiqamətdə cərəyan eləsin. Bölgədə sabitlik bərqərar olsun”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“Açıq tərəf seçmək çox çətindir”

“Virtualaz.org” saytının şərhçisi Fərhad Məmmədovun fikrincə, Ankaradakı sonuncu terror olayından sonra vəziyyət daha da dramatikləşəcək. Türkiyə quru müdaxiləsinə getməsə də, yaxın perspektivdə daha güclü zərbələr endirməyə başlayacaq. Şərhçi deyir ki, Azərbaycan kimi sınaq qarşısında qalan ölkələr vəziyyətin tezliklə normallaşmasını istəyər:

“Həm Türkiyə, həm də Rusiya Azərbaycanın mühüm strateji tərəfdaşıdır. İndi onlar, faktiki olaraq, müharibə vəziyyətindədirlər. Bu da regiondakı siyasi vəziyyəti gərginləşdirir. Belə fikirlər də səslənir ki, Türkiyə– Rusiya qarşıdurması hansısa formada Qafqaza da sıçraya bilər. Azərbaycan, istər-istəməz, bunun təsirlərindən ziyan çəkəcək. Azərbaycan kimi dövlət üçün açıq tərəf seçmək çox çətindir və məqbul da deyil. Bizim burda hansısa dövlətin yanında olmağımız nəyisə dəyişdirə bilməz, qüvvələr nisbətinə də təsir edə bilməz. Ona görə də bu gərginliyin daha da inkişaf etməməsini və yaxın perspektivdə normallaşmasını arzulayırıq”.

Azərbaycan dəvət alıb

Azərbaycanın İslam Antiterror Koalisiyasına qoşulması məsələsi dəyərləndirmə mərhələsindədi, hələlik, qərar qəbul edilməyib. Bunu isə fevralın 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan türkiyəli həmkarı Mevlut Çavuşoğlu ilə birgə mətbuat konfransında bildirib.

Səudiyyə Ərəbistanının yaratdığı koalisiyaya 35-dən çox ölkə daxildir. Bu koalisiya Rusiya, İran və Assad rejiminə qarşı yaradılıb.

___________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

XS
SM
MD
LG