Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:40

Səs vermək üçün 200 dollar xərc çəkirlər


Turkey -- Voters cast ballots in national parliamentary elections in Istanbul, 12Jun2011

Turkey -- Voters cast ballots in national parliamentary elections in Istanbul, 12Jun2011

Belə şey yəqin ancaq Türkiyədə olar. Bu ölkədə vətəndaşı səs verməyə sövq edən bütün səbəbləri detalları ilə burada oxu.

“Türkiyədə səs artıq namus məsələsidir, çoxu seçkidə səsini vermək üçün istirahətə belə getmir”, bunu AzadlıqRadisouna müsahibəsində Türkiyə vətəndaşı Hakkı Ərduranlı deyir.

Noyabrın 1-də Türkiyədə parlament seçkisidir. 4 ay əvvəl keçirilən seçkidən sonra parlamentə düşən partiyaların heç biri təkbaşına hökumət formalaşdıracaq qədər səs ala bilmədi. Koalisiya əsasında hökumət qurmaq üçün müxalifət partiyaları ilə aparılan danışıqlar da nəticə vermədiyi üçün bu ölkədə noyabrın 1-də seçkilərin təkrar keçirilməsinə qərar verildi.

Həmin gün Azərbaycan parlamentinə də seçki keçirilir. Azərbaycanla müqayisədə Türkiyədə seçici fəallığı necədir?

Türkiyədə yaralı vətəndaş da səs vermək üçün gəlib. 15 iyun 2015

Türkiyədə yaralı vətəndaş da səs vermək üçün gəlib. 15 iyun 2015

Səsinə sahib çıx

Türkiyənin Aydın bölgəsində yaşayan Hakkı Ərduranlı sualın cavabına bir məsəllə başlayır:

“Bizdə belə bir məsəl var, bir mismar bir nalı, bir nal bir atı, bir at bir əsgəri, bir əsgər bir ordunu xilas edər. Ordu savaşı qazanar. Seçici özünü burda bir mismar, bir nal yerinə qoyur. Amma sonra vəziyyət bir qədər dəyişmişdi. Sorğu şirkətləri seçkidən əvvəl proqnoz verirdilər ki, məsələn, filan partiya 60 faiz səs qazanacaq. O zaman belə bir psixoloji əhval yaranmışdı ki, “onsuz da bu partiya udacaq, mənim səsim nəyi dəyişəcək?”.

Müsahibimiz deyir ki, bundan sonra ölkədə könüllü “Səsinə sahib çıx” devizi ilə işləyən hərəkatlar meydana çıxdı:

“Hər hansı partiyanı dəstəkləməyən bu hərəkatlar onu təbliğ edirdi ki, “səsinə sahib ol, səsindən istifadə elə”. Bu hərəkatda cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçisi var: həkimindən, vəkilindən tutmuş baqqala qədər”.

Buna da bax:Virtual səsvermə, Azərbaycanda da deputatını özün seç

“Tətil olmasına baxmayaraq, adamlar səs verməyə gedəcəklər”

Hakkı Ərduranlı deyir ki, 4 ay öncə parlament seçkisi keçirilməsinə baxmayaraq, adamların seçkiyə getməkdə həvəsli olduğu görünür:

“Xaricdə yaşayan Türkiyə seçicilərinin fəallığı ilə bağlı rəqəmlər açıqlanıb. Əvvəlki parlament seçkisində xaricdəki seçicilərin 32 faizi səsverməyə gəlib, ancaq indi açıqlanan statistikaya görə, gələnlərin sayı 45 faiz olub, hələ artacağı gözlənir.

Türkiyədə seçki günü və sonrakı gün tətildir. Hətta çox ucuz qiymətə xaricə turist səfərləri də təklif edilib. Bununla belə, çoxları ya tətilə getmədi, ya da getsə də, həftəsonu geri qayıdacaq ki, seçkidə səs versin.

Türkiyədə bir ailənin ölkənin bir yanından o biri yanına getməsi üçün 150-200 dollar xərc lazımdır, amma adamlar bu xərci çəkib qeydiyyatda olduqları yerə gedəcəklər ki, səslərini versinlər. Burda mənim qonşularım var, kimisi Ankarada, kimisi İstanbulda qeydiyyatdadır. Bəzisi artıq gedib, bəzisi də sabah yola çıxacaq. Seçici səsi artıq namus məsələsinə dönüb, hər kəs səsinə sahib çıxmağa çalışır”.

Buna da bax: Prezidentlər nə etsinlər? (Forumda sən də fikrini de)

Arxiv fotosu: Müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının qərargahında seçkilərlə bağlı məlumatların monitorinqini aparan könüllülər, 1 aprel 2014

Arxiv fotosu: Müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının qərargahında seçkilərlə bağlı məlumatların monitorinqini aparan könüllülər, 1 aprel 2014

Kiçik qanun pozuntuları olur

Ankarada İqtisadiyyat və Texnologiya Universitetinin dosenti, azərbaycanlı Toğrul İsmayıl deyir ki, Türkiyədə seçkilər demokratik və şəffaf keçdiyi üçün nəticələrə şübhə olmur:

“Düzdür, kiçik qanun pozuntuları olur, ancaq bununla bağlı məhkəməyə müraciət edildiyi təqdirdə ədalətli araşdırma aparılır. Seçkinin nəticələrini seçkidə iştirak edən hər bir partiya şübhəsiz qəbul edir. Bu isə seçicilərin fəallığına təsir edir”.

Toğrul İsmayıl deyir ki, Türkiyədə seçici fəallığı yüksəkdir:

“Prezident, parlament seçkilərində seçicilərin fəallığı 80 faiz olub. Bu, Türkiyəni başqa ölkələrdən fərqləndirən bir özəllikdir. Oktyabrın 28-dən noyabrın 2-nə qədər Türkiyədə istirahət günləridir, adamlar hər zaman tətili dəyərləndirməyə çalışır. Buna rəğmən müşahidə edirəm ki, universitetdə tələbələr, müəllimlər səsverməyə qatılacaqlar. Tələbələr deyirlər ki, qeydiyyatda olduqları yerə gedib səs verib geri qayıdacaqlar”.

Buna da bax: Fəhlələr maaş tələbilə etiraz aksiyası keçirir

Seçici inanır ki, səsi taleyini dəyişdirəcək

Müsahibimiz qeyd edir ki, Türkiyədə seçicilərin seçkidə iştirakı ilə bağlı hansı ictimai qınaq yoxdur:

“Sadəcə, seçici səsi ilə öz müqəddəratını, taleyini dəyişəcəyinə inanır, ona görə də aktiv iştirak edirlər”.

Toğrul İsmayıl əlavə edir ki, partiyalar dövlət televiziyalarında pulsuz və pullu efir vaxtlarından gen-bol istifadə edirlər:

“Namizədlər arasında debatlar 90-cı illərdə qalıb, indi partiya liderləri daha çox jurnalistlərin suallarını cavablandırırlar. Bir də Türkiyədə partiyalar zəngindir, pulunu verib efir vaxtı ala, reklamını qura bilir.

Burda kimsə müxalif partiyaya üzv olduğu üçün təqib olunmur. Bu partiyaların da iş adamı olan üzvləri var. Təbliğat əsasən hələ seçimini etməyən qismə yönəlir ki, onun səsini ala bilsinlər”.

Buna da bax: Fəhlələr maaş tələbilə etiraz aksiyası keçirir

Arxiv fotosu: Türkiyə prezidenti Recep Tayyip Erdogan səsvermə kabinəsindən çıxır, 7 iyun 2015

Arxiv fotosu: Türkiyə prezidenti Recep Tayyip Erdogan səsvermə kabinəsindən çıxır, 7 iyun 2015

Yerlə göy qədər fərq var

Türkiyə vətəndaşlığını qəbul edən azərbaycanlı Şəbnəm Karslı da həvəslə noyabrın 1-ni gözləyir:

“Türkiyədə keçirilən seçkilər Azərbaycanda keçirilən seçkilərdən yerlə-göy qədər fərqlidir. Burda həqiqətən seçki keçirildiyinin şahidiyəm. Təbliğat-təşviqat dövründə partiyaların görüşlərinə, mitinqlərinə heç bir maneə yaradılmır. Telekanallar daxil bütün media strukturlarında ifadə azadlığı və tanıtım imkanları var. Düzdür, fikrim belədir ki, Türkiyə demokratiyası Qərb standartlarından bir qədər geridir, amma yenə də seçimlər şəffaf keçirilir”.

Şəbnəm Karslı Türkiyədə seçici fəallığına “qısqanclıqla” yanaşır:

“Təsəvvür edin ki, bir rayonda qeydə alınan 75 faizlik aktivlik zəif sayılmışdı. Mən burda iki dəfə səs vermişəm və hər dəfə səs verdiyim məntəqədə saatlarla növbə gözləmişəm. Həyat yoldaşımın nənəsi yataq xəstəsidir, seçkidə səs verə bilməsi üçün xüsusi bələdiyyə maşını ilə seçki məntəqəsinə aparıldı”.

Buna da bax: Çörəyi daşdan çıxanlar (Fotoqalereya)

Səsi oğurlamaq elə də asan deyil

Bəs, seçki qutusundan seçicilərin əksəriyyətinin səs verdiyi namizədin çıxması ilə bağlı hər hansı şübhələr olurmu?

32 ildir seçici kimi səs verən Hakkı Ərduranlı deyir ki, əvvəllər səs oğurluğu olsa da, buna qarşı hər zaman etirazlar baş verib: “Seçki qutusunun başında həm də hər partiyanın müşahidəçisi durur. Yəni qanun pozuntusuna yol vermək istəyən dərhal yaxalana bilər. Saxtalaşdırma aparmaq o qədər də asan deyil”, - deyə müsahibimiz cavab verir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG