Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:46

Türkiyə rus jurnalistləri ölkədən çıxardı


-

Türkiyə "Rossiya 1” televiziya kanalının çəkiliş qrupunu ölkədən deportasiya edib.

Bu, rəsmi Moskvanın narazılığına səbəb olub.

İnterfaks xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyi Türkiyənin hərəkətlərini “yolverilməz” adlandırıb.

Ankara baş verənlərlə bağlı Rusiya Federasiyasının səfirliyinin əməkdaşlarına izahat verməkdən imtina edib.

Rusiya XİN-in internet səhifəsində deyilir ki, dekabrın 7-də “Rossiya 1” telekanalının “Специальный корреспондент” proqramının çəkiliş qrupu Qaziantep əyalətinə gedərkən Suriyayla həmsərhəd Hatay əyalətində saxlanıb. Onları saxlayan mülkigeyimli şəxslər özlərini təqdim etməkdən və sənədlərini göstərməkdən imtina ediblər. Rusiya çəkiliş qrupunu polis məntəqəsinə gətirərək onların Türkiyədən deportasiya edilməsi ilə bağlı qərar barədə məlumatlandırıblar. Deportasiyanı rus jurnalistlərin “əcnəbi jurnalistlərin Türkiyə Cümhuriyyətində fəaliyyət qaydalarını pozması” ilə əsaslandırıblar.

Buna da bax: M.Qəhrəmanlı: “Əzrayıl neftçiləri bir-bir aparmağa başlayanda..."

“Biz Türkiyə hakim dairələrinin hərəkətlərini qətiyyətlə pisləyirik. KİV-lərə belə münasibət qətiyyən yolverilməzdir,” - deyə Rusiyanın XİN-i bəyan edib. XİN həmçinin soruşur: “Sual yaranır, Rusiya jurnalistləri məhz hansı “qaydaları” pozublar? Belə bir təəssürat yaranır ki, Ankarada Türkiyə-Suriya sərhədində həyata keçirilən qanunsuz fəaliyyətlə bağlı ...faktların “Rossiya 1” telekanalının jurnalistləri tərəfindən üzə çıxarılmasından qorxublar.”

Bundan başqa, Moskva bu halı “Türkiyədə yerli və xarici KİV-lərin hüquqlarının silsilə pozuntularının bariz nümunəsi” hesab edir.

Türkiyə rus təyyarəsini vurandan sonra iki ölkə arasında qarşıdurma yaranıb.

Rusiya Türkiyəyə sanksiyalar qoyub, Ankaranı Suriyadakı İslam dövləti qruplaşmasından neft alıb-satmaqda suçlayıb. Türkiyə isə Rusiyanı İŞİD-lə neft alış-verişində ittiham edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG