Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 07:12

Türkiyədə bomba partlayışlarında çox sayda ölən var


Elaziqdə partlayışın yeri

Elaziqdə partlayışın yeri

Türkiyənin cənub-şərqində törədilmiş üç partlayış nəticəsində 12 nəfər həlak olub və daha 219 nəfər yaralanıb.

Van və Elaziq polis idarələrində törədilmiş partlayışlarda 4 polis zabiti və 2 mülki şəxs öldürülüb.

Bitlis vilayətində getdikləri maşın hücuma məruz qalan 5 əsgər və kənd keçikçisi həlak olublar.

Türkiyə rəsmiləri, əslində kürd əhalisinin yaşamadağı bu məntəqələrdə törədilmiş partlayışlara görə kürdlərin PKK təşkilatını ittiham ediblər.

Xəbər verilir ki, ötən il PKK və Türkiyə hökuməti arasında atəşkəs sazişi pozulandan bəri kürdlərin yaşadığı cənib-şərq bölgələrində polis və hərbi obyektlər aramsız hücumlara məruz qalır.

Ötən həftə PKK komandanı Cemil Bayık Türkiyə şəhərlərindəki polis idarələri üzərinə hücumların genişləndirləcəyini vəd etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG