Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:55

-

Özbəkistanda təhlükəsizlik orqanları əməkdaşları, məhəllə komitələrinin fəalları Türkiyədə çalışan özbəklərin geriyə qayıtması üçün təbliğat aparırlar.

Onların ölkədə qalan yaxınları xüsusi xidmət orqanlarına və polisə çağrılaraq söhbət aparılır. Onlardan izahedici məktub yazmağı xahiş edirlər.

Məhəllə komitələrindən birinin verdiyi məlumata görə, Türkiyəyə işləməyə gedən Özbəkistan vətəndaşlarının ailələri ilə aparılan söhbətlər antiterror əməliyyatları ilə bağlıdır.

TÜRKİYƏDƏ OLANLAR NƏZARƏT ALTINA ALINIR...

Özbəkistanda qalan qohumlarımız deyirlər ki, bu günlərdə evimizə məhəllə komitəsinin təmsilçiləri və sahə müvəkkili gələrək bildiriblər ki, biz tezliklə vətənə dönməliyik. Surxandariyadan, Səmərqənddən və digər şəhərlərdən Türkiyədə işləyənlər də bu barədə danışırlar.

Daşkəntdəki məhəllə komitəsi fəallarından biri AzadlıqRadiosuna deyir ki, onların yaşadığı ərazidən Türkiyəyə işləməyə gedən 6 nəfər nəzarət altına alınıb:
"Biz onları qeydiyyata almışıq. Bu 6 adamın Türkiyəyə nə vaxt, hansı səbəblərlə getməsi, orda harda yaşaması, nə işlə məşğul olması ilə bağlı məlumatlar toplamışıq. Onlar əvvəldən də siyahımızda vardı, ancaq indi anterror əməliyyatları ilə bağlı bu adamları dərindən yoxlayırıq, qohumlarından xahiş edirik ki, daha detallı məlumatlar versinlər".

AzadlıqRadiosuna məlum olub ki, Özbəkistanda bəzi məhəllələrdə qohumları məcbur ediblər ki, Türkiyəyə gedən yaxınlarını geriyə qaytarsınlar.

AİLƏLƏRƏ TƏZYİQ OLUNUR

Türkiyədə çalışan Özbəkistan vətəndaşlarından biri AzadlıqRadiosuna yazıb ki, onların geri qayıtması üçün yaxınlarına təzyiq edirlər:

"Biz sizə Türkiyədən yazırıq. Özbəkistanda qalan qohumlarımız deyirlər ki, bu günlərdə evimizə məhəllə komitəsinin təmsilçiləri və sahə müvəkkili gələrək bildiriblər ki, biz tezliklə vətənə dönməliyik. Surxandariyadan, Səmərqənddən və digər şəhərlərdən Türkiyədə işləyənlər də bu barədə danışırlar. Sən demə, bir çox özbək geri qayıdır”, - o, məktubunda yazır.

Fərqanədəki məhəllə komitələrindən birinin ağsaqqalı deyir ki, Türkiyədə çalışanların yaxınlarından sərt tələb yoxdur.

“Heç kim onlardan sərt şəkildə bunu tələb etmir, sadəcə, xahiş olunur ki, Türkiyədəki yaxınlarınıza deyin, geri dönsünlər. Bu, Türkiyədə təhsil alan tələbələrə aid deyil. Çünki bizdə onların əlaqə nömrələri var. Bu, ailəsinə tez-tez zəng edənlərə də aid deyil. Gedənlər arasında çoxlu qadın da var. Biz kişilər kimi, qadınları da yoxlayırıq”, - məhəllə ağsaqqalı deyir.

İSLAM DÖVLƏTİ TƏHLÜKƏSİ

Məhəllə komitə fəallarından birinin sözlərinə görə, onlara Türkiyədə yaşayan bir çox özbəyin özünü “İslam Dövləti” adlandıran yaraqlılara qoşulması və ordan Suriyaya keçməsi ilə bağlı məlumatlar gəlir:

“Ona görə də biz onların ailələri ilə danışırıq ki, yaxınlarını evə çağırsınlar”.

Bu günlərdə Özbəkistanda bütün məktəblərdə, kolleclərdə, liseylərdə, ali məktəblərdə, xəstəxanalarda və digər dövlət orqanlarında antiterror tədbirləri çərçivəsində gecə növbətçiliyi təşkil olunub.

Bundan başqa, AzadlıqRadiosuna adının açıqlanmasını istəməyən mənbə bildirib ki, təhlükəsizlik orqanlarında qeydyyatda olan, daha doğrusu, məhkəmə mühakiməsinə məruz qalan və ya məhbus yaxınları da xüsusi xidmət orqanlarına söhbətə çağrılırlar.

ÖZBƏKİSTANDA NƏZARƏT ARTIRILIR...

"Asiaterra" internet qəzet yazır ki, iri ticarət mərkəzlərində müştərilərin əşyalarını detektorlarla yoxlayırlar, portfel və çantaları diqqətlə nəzərdən keçirirlər.

Sosial şəbəkə istifadəçilərindən birinin sözlərinə görə, paytaxtdakı bütün internet-kafelərdə, internet trafikini yoxlayan müşahidə kameraları quraşdırılıb.

Özbəkistanda antirerror tədbirləri “İslam Dövləti” yaraqlılarının ölkəyə soxulmaq istəməsi ilə bağlı xəbərlərin yayılmasından sonra başlayıb. Ölkənin yerli mediası yazıb ki, Suriya, İraq və Əfqanıstandakı döyüşlərdə iştirak edən bəzi adamlar indi Özbəkistana soxulmaq və respublika ərazisində gizlənmək istəyir.

Hökümət hələ açıqlamayıb ki, bu yaraqlılar ölkəyə daxil olubmu və gizlənibmi. Yalnız ölkədə olmayan özbəklərin yaxınları söhbətə çağrılır.
Özbəkistandakı təşəbbüs qrupunun rəhbəri, müstəqil hüquq müdafiəçisi Surat İkramovun sözlərinə gorə, “İslam dövləti” ilə əlaqədə şübhəli bilən 200-dən çox adam həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG