Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:06

Almaniyadakı NATO bazalarında çalışan Türkiyə zabitlərinin əksəriyyəti Erdoğanın repressiyalarından ehtiyat edərək Almaniya hökumətindən sığınacaq istəyiblər.

Onlar Ankaranın bütün çağırış əmrlərinə baxmayaraq qayıtmaq istəmirlər və Berlin vəziyyətdən “mümkün qədər incə” çıxış yolu axtarır.

Almaniya mediasının xəbərlərinə görə ötən iyul ayından bəri diplomatik pasportları olan 60-dək Türkiyə vətəndaşı xidmət müddətlərinin başa çatmasına baxmayartaq vətənə qayıtmaqdan imtina edir.

Bunların əksəriyyəti Türkiyənin xarici işlər və müdafiə nazirliklərinə yox, NATO rəhbərliyinə tabedir.

Türkiyənin Berlin səfirliyində yalnız AD adı ilə tanınan hərbi attaşe Almaniyadan sığınacaq istəyənlərin arasındadır.

Bəzi məlumatlara görə iyul çevrilişi cəhdindən bəri Almaniyadan Türkiyəyə yalnız üç rəsmi qayıdıb.

Onların Türkiyədə sərt istintaqa məruz qaldıqları xəbər verilib.

Almaniyadakı Türkiyə səfirlyinin bir neçə vəzifəli diplomatı da vətənə qayıtmaqdan imtina edir.

Türkiyə rəsmilərinin vətənə qayıtmaqdan imtina etməsi Ankara və Berlin arasında yeni gərginliyə səbəb olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG