Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:03

“Türk-kürd müharibəsi” ən qanlı mərhələsinə daxil olur


Diyarbakır, 14 dekabr, 2015

Diyarbakır, 14 dekabr, 2015

Qərb mətbuatı yazır ki, ötən həftə Ankaranın ölkənin kürdlər yaşayan cənub-şərqində başladığı əməliyyatın şiddəti sülhə ola ümidləri tamamilə məhv edib.

Türkiyə hökumətinin ölkənin kürdlər yaşayan cənib-şərq bölgələrində ötən həftə başladığı əməliyyat nəticəsində hər iki tərəfdən onlarca insan həlak olub.

Ən son əməliyyatda tanklardan və zirehlıi texnikadan, habelə döyüş təyyarə və helikopterlərindəngeniş istifadə edilib.

“110 PKK-cı öldürülüb”

Rəsmi mənbələr 110 kürd qiyamçının öldürüldüyünü xəbər verir. Bu əməliyyatın gedişində həmçinin 5 mülki şəxsin və iki əsgərin həlak olduğu bildirilib.

Türkiyə ordusunun komandanlığı bəyan edib kİ, “ölkədə asayişin və əmin-amanlığın bərpası üçün gənc kürd silahlılarına qarşı əməliyyatlar davam etdiriləcək”.

Qərb və yerli media bildirir ki, kürdlərin PKK təşkilatı ilə Türkiyə arasındakı ikiillik atəşkəs pozulandan bəri, hazırda qarşıdurma ən şiddətli mərhələsinə qədəm qoyub.

Türkiyədən alınan son məlumatlarda deyilir ki, kürdlərin sıx yaşadığı Şirnak vilayətinə, habelə Diyarbakıra10 min polis və əsgəri qüvvə yeridilib.

“Kollektiv divantutma”

Bu zorakılıqlara qədər çoxları ümid edirdilər ki, 2013-cü ildən Türkiyə dövləti və PKK arasında əldə olunmuş atəşkəs razılaşması 40 min insanın həyatına son qoymuş bu münaqişəni başa çatdıracaq.

Kürd siyasətçilər və fəallar Erdoğan hökumətini aşırı gücdən istifadədə, dinc və günahsız əhaliyə qarşı zorakılıqda ittiham edirlər.

Ankara bəyan edib ki, “zorakılıqlar arzuolunmaz, lakin qaçılmaz idi”

Türkiyə İnsan Haqları Assosiasiyası bəyan edib ki, hökumətin əməliyyatları, müxtəlif bölgələrə qoyulmuş kommendant saatı “kollektiv divantutma” kimi qəbuledilməzdir.

Türkiyə seçkilərində iştirak etmiş kürdyönlü Xalq Demokratik Partiyası (HDP) bəyan edib ki, Erdoğan öz hakimiyyətinin möhkəmləndirilməsi naminə zorakılıqların qızışdırılmasında əsas rol oynayıb.

Türkiyə hökuməti HDP-nin iddialarını rədd edir və zorakılıqlarda PKK-nı günahlandırır.

Ankara bəyan edib ki, “zorakılıqlar arzuolunmaz, lakin qaçılmaz idi”. Hərbiyyə bildirir ki, PKK yaşayış məntəqələrinə sığınmaqla dinc əhalini də hədəfə çevirib.

Avropanın susqunluğu

Avropa ölkələrində də bir sıra siyasətçilər rəsmi Ankaranın əməliyyatlarını pisləyirlər.

Almaniya millət vəkili Cem Ozdemir

Almaniya millət vəkili Cem Ozdemir

Almaniya parlamentinin millət vəkili Cem Özdemir bildirib ki, “hökumət kimi istəsə, həbs edir, işgəncə verir və öldürür. Burada insan haqları barədə danışmaq yersizdir”.

Almaniyanın Liberal Partiyasından Tobias Huch deyib ki, “Erdoğan PKK ilə deyil, kürdlərlə müharibə aparır”.

“O, onu seçkilərdə ağır məğlubiyyətə uğratmış kürdlərdən son seçkinin qisasını alır” – deyib millət vəkili, - Erdoğanın rəhbərlik etdiyi Türkiyəyə Avropada yer olmamalıdır”.

Bir sıra təhlilçilər Avropa hökumətlərinin Türkiyədəki son hadisələrlə bağlı susqunluq göstərməsini, Ankaranı incik salmamaq məqsədi ilə bağlayılar.

Onların fikrincə, Türkiyə Avropaya miqrant axınının dayandırılmasını öz üzərinə götürməklə, Avropanı özündən asılı vəziyyətə salıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG