Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:09

Türkiyəyə görünməmiş kiberhücumlar


İllüstrasiya (©Shutterstock)
İllüstrasiya (©Shutterstock)

►Tarixinin ən şiddətli kiberhücumu ilə üzləşən Türkiyə 10 gündür ki, bu hücumlardan nəfəs dərə bilmir

Türkiyə mediasının yazdığına görə, öncə “.tr” domenli saytları hədəf seçən hakerlər ardından dövlət qurumları və bankların, qlobal miqyasda çalışan firmaların işini əngəlləməyə başlayıblar.

1992-ci ildən bəri “ .tr” və alt domenləri yönəldən ODTÜ (Orta Doğu Texniki Universiteti) də kiberhücumların çox təhlükəli olduğuna diqqət çəkib.

Kiberhücumların “DDOS” (Distributed Denial of Service attack) tipli olduğu bildirilir. Belə hücumlar dağınıq şəkildə, fərqli yerlərdən və saxta İP ünvanlarından gerçəkləşdirilir. Çox sayda qaynaqdan eyni hədəfə hücumlar saytlara girişi əngəlləyir.

Buna da bax: Prezident əfv sərəncamı imzaladı

Hücumların önünü kəsməkdən ötrü “.tr” domenli ünvanların idarə edilməsi bir mərkəzdən (ODTÜ-dən) fərqli mərkəzlərə paylanıb. Nəticədə, fərqli ünvanlara yönləndirilən yük paylanır və sistem öz işinə ara vermir.

Haker hücumlarının arxasında Rusiyanın dayandığı təxmin edilsə də, dünyaca məşhur “Anonymous” haker qrupu məsuliyyəti üzərinə götürüb. Türkiyəni hədələyən qrup bu ölkəni İŞİD-ə dəstəkdə suçlayıb və belə dəstək kəsilməyincə kiberhücumların davam etdiriləcəyini bildirib.

Bənzər kiberhücumlara 2007 ci ildə Estoniya, 2014-cü ildə isə Ukrayna məruz qalıb və böyük zərər görüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG