Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:16

Türkiyədə Gülənçilərə qarşı yeni reydlər - ZAMAN qəzeti və Samanyolu TV hədəfdə


Zaman qəzetinin jurnalistləri polis reydlərindən sonra
Zaman qəzetinin jurnalistləri polis reydlərindən sonra

_

14.12.2014 - 13:40

TUTULANLAR DÖVLƏT ÇEVRİLİŞİNƏ CƏHDDƏ İTTİHAM OLUNUR

Zaman qəzetinin baş redaktoru Ekrem Dumanlının vəkili Hasan Günaydın müvəkkilinə qarşı olan ittihamları elə açıqlayıb:

"Türkiyə Cumhuriyyətinin suverenliyini ələ keçirmə məqsədi ilə basqı, təhdid, təzyiq üsullarından istifadə edərək təşkilatlanmaq və bunu da insanları azadlığından məhrum etmək, saxta sənəd hazırlamaqda ittiham olunur".

Samanyolu televiziyasının yayım qrupunun rəhbəri Hidayet Karacanın vəkili Fikret Duran bildirib ki, müvəkkili ilə çalışan daha 10 nəfər barədə həbs və axtarış qərarı verilib.

14.12.2014 - 13:40

HAKAN ŞÜKÜR TWITTERDƏ POLİS REYDLƏRİNƏ QARŞI

Türkiyə millisi və Galatasarayın keçmiş ulduzu, indi millət vəkili
Türkiyə millisi və Galatasarayın keçmiş ulduzu, indi millət vəkili

Fətullah Gülənə yaxınlğını gizlətməyən Millət vəkili Hakan Şükür "14 dekabr əməliyyatı"nda saxlananlara dəstəyini göstərib. O öz twitter hesabında "Nə qədər böyük bir rüşvət iddiası var ki, "rüşvət həftəsi"ndə gündəm dəyişdimək üçün insanları uydurma əməliyyatlarla həbs edirlər", "Türkiyə Cumhuriyyəti mətbuat azadlığına zərbəylə oyandı. Həm də zərbə dövrlərini aratmayan bir zərbə ilə ...", "4-14 dekabr türk mediyası tarixinə qara gün kimi keçəcək. Tarix bunu yazacaq"- deyə twitlər atıb.

Ötən ilin 17 dekabrında Türkiyənin iki ən böyük şəhərində- İstanbul və Ankarada korrupsiya ilə bağlı əməliyyat keçirilmişdi. O vaxt daxili işlər, iqtisadiyyat, ətraf mühitin qorunması və şəhər salma işləri üzrə nazirlərin oğulları və tanınmış iş adamları həbs olunmuşdu.

Türkiyə mediası həbs olunanların sayının ümumilikdə, ən azı 84 olduğunu yazırdı.

"Böyük Rüşvət" əməliyyatında həmin dövrdə baş nazir olan Recep Tayyip Erdoğanın oğlu Bilal Erdoğanın İdarə heyətinin üzvü olduğu "Türkiye Gənclik və Təhsilə Xidmət Fondu”nun da adı hallanırdı.

***

14.12.2014 - 12:00

TÜRKİYƏDƏ YENİ REYDLƏR, ZAMAN QRUPU HƏDƏFDƏ

Dekabrın 14-də Türkiyədə polis səhər saatlarında Fətullah Gülən tərəfdarlarına qarşı yeni reydlər keçirib. Polis çevik qüvvətin dəstəyi ilə Zaman qəzetinin mərkəzi binasına gəlib. Ötən gecədən bəri binan önündə toplaşan bir qrup insan polisləri "azad medya susdurula bilməz", "Zamana sahib çıxmanın zamanı", "Tarix bunları da yaz" sloqanları ilə qarşılanıblar.

Hurriyet qəzeti reydlərlə bağlı videogörüntüləri yayımlayıb.

Paralel olaraq bəzi serialların prodüserləri də saxlanılıb. "Hürriyət"bildirir ki, saxlananların ümumi sayı 32 nəfərdir.

14 dekabr reydləri ilə əlaqədar olaraq İstanbul Təhlükəsizlik İdarəsi ətrafındakı yollar nəqliyyata qapadılıb.

Zaman qəzetinin baş redaktor müavini Ekrem Dumanlı mətbuata açıqlama verib:

"Haqqımızda istintaq başladığını eşidəndə twitterdə bildirdik ki, biz burdayıq, buyurun gəlin."- deyə bildirinən Dumanlı polis rəsmilərinə səslənib:

"Haqqımda həbs qərarı çıxarıbsınız. Buyurun gəlin, əvvəl bir çayımızı için. Sonra hara gedəcəyiksə, gedək. Allah haqqın yanındadır. Bu günlərimiz də keçər. Demokratiyamıza sahib çıxaq".

Eyni zamanda Samanyolu televiziyasının yayım qrupunun rəhbəri Hidayet Karaca da polisə çağrılıb. O binadan çıxanda jurnalistlərə açıqlama verib.O bildirib ki, nədə ittiham olnuduqlarından xəbərsizdir:

"Bazar günü istirahət edəcəkləri halda, bizə görə narahat olanlardan üzr istəyirik. Amma nə edək ki, bura Türkiyədir. Demokratiyay görə bəzən bədəl (əvəzi) ödənməlidir. Bu bədəldirsə millətimizə fəda olsun".

Paralel aparılan əməliiyyat zamanı Samanyolu TV də yayımlanan ''Sungurlar'' və ''Tek Türkiye'' seriallarının prodüseri Salih Asan İstanbulda həbs edilib. Həmçinin "Sungurlar" serialının rejissoru Engin Koç Vanda saxlanılıb.

Zaman qəzetinin baş redaktor müavini Ekrem Dumanlının evində axtarış aparılıb.

RƏSMİ İTTİHAM

Türkiyədəki "14 dekabr əməliyyatı"da saxlanan şəxslərin 2009-ci ildə "Tahşiyeciler" olaraq bilinən qrupa qarşı işdə "cinayət və dəlil uydurduqları", "saxtakarlığa yol verdikləri " iddia edilir.

2009-cu ildə "Tahşiyeciler" işi ilə bağlı 100-dən çox adam tutulmuş və qrupun Əl- Qaidəyə yaxın olduğu bildirilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG