Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:19

Türkiyə yenidən İsraillə yaxınlaşır?


İsrail və Türkiyə arasında münasibətlərin normallaşdırılması istiqamətində ilkin razılaşma əldə edildiyi xəbər verilib

İsrail və Türkiyə arasında münasibətlərin normallaşdırılması istiqamətində ilkin razılaşma əldə edildiyi xəbər verilib

Bu razılaşmaya ölkələr arasında səfirliklər səviyyəsində diplomatik əlaqələrin bərpasının da daxil olduğu bildirilir.

Yossi Cohen
Yossi Cohen

Reuters agentliyinin İsrailin “Haaretz” qəzetinə istinadən yaydığı xəbərdə deyilir ki, razılaşma İsveçrədə İsrail kəşfiyyatı Mossadın gələcək rəhbəri Yossi Cohen, İsrail səfiri Joseph Ciechanover və Türkiyə xarici işlər nazirinin müavini Feridun Sinirlioğlunun məxfi görüşündə əldə edilib.

İsrail baş naziri Benjamin Netanyahunun sözçüsü bu xəbəri şərh etmək istəməyib.

Bir Türkiyə rəsmisi belə bir görüşün yer aldığını təsdiqləsə də, hansısa razılaşma əldə olunduğu barədə xəbərləri təkzib edib. Lakin həmin rəsmi belə bir ifadə işlədib ki, “münasibətlərin normallaşması prosesi davam edir”.

“Qanpulu fondu”

Reuters xəbər verir ki, ilkin razılaşmaya görə İsrail 2010-cu ildə baş vermis gəmi insidentində İsrail hərbçiləri tərəfindən öldürülmüş 10 Türkiyə vətəndaşı üçün “qanpulu” fondunun yaradılmasına başlayacaq. Həmin hadisə zamanı Qəzza zolağının İsrail tərəfindən dəniz blokadasını yarmağa çalışan fələstinpərəst fəalların “Mavi Marmara” gəmisi İsrail komandosunun hücumuna məruz qalmışdı.

Feridun Sinirlioğlu
Feridun Sinirlioğlu

Sözü gedən son razılaşmaya görə kompensasiya fondunun yaradılmasından sonra Türkiyə bütün ittihamları geri götürməldiir.

Müşahidəçilər deyirlər ki, hətta gəmi insidentindən əvvəl də İsrail-Türkiyə münasibətləri Türkiyə lideri Recep Tayyip Erdoğanın İslam yönlü siyasəti ucbatından xeyli korlanmışdı.

Türkiyə gəmi insidentindən sonra İsraillə münasibətlərin normallaşması üçün üç şərt qoyub: İsraildən rəsmi üzrxahlıq, öldürülmüş fəallar üçün kompensasiya və Qəzza blokadasının qaldırılması.

Media yazır ki, birinci şərt 2013-cü ildə yerinə yetirilib və İsrail rəsmən üzr istəyib.

Hazırda ikinci şərt – kompensasiyanın ödənməsi üzərində iş gedir.

Moskva Erdoğanı karıxdırıb

İsrail mətbuatı yazır ki, hazırkı şəraitdə Türkiyə üçüncü şərti geriyə də götürə bilər, çünki Rusiya təyyarəsinin vurulmasından sonra qibtəolunmaz siasyi durumdadır.

Bəzi məlumatlara görə, İsveçrədə keçirilən danışıqlarda İsraildən Türkiyəyə qaz kəmərinin çəkilməsi mümkünlüyü də müzakirə olunub.

İsrail rəsmisindən alınan daha mühüm bir məlumat bundan ibarətdir ki, guya Ankara, Həməs islamçı qruplaşmasının bir müddət Türkiyədə yaşadığı və İsrailə qarşı əməliyyatları oradan yönləndirdiyisöylənən lideri Saleh Aruorinin fəaliyyətinə imkan verməyəcəyini və onu Türkiyə ərazisinə buraxmayacağını vəd edib.

Adının çəkilməsini istəməyən rəsmi Aruorinin hazırda harada olduğunu deməyib.

XS
SM
MD
LG