Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:41

Türkiyə Azərbaycanla ticarətdə önə çıxıb


İlham Əliyev və Recep Tayyip Erdoğan

İlham Əliyev və Recep Tayyip Erdoğan

Bu ilin 9 ayında Azərbaycanın Türkiyə ilə ticarətinin ümumi həcmi 232,2 milyon ABŞ dolları azalsa da, iki ölkə arasında xarici ticarət dövriyyəsinə görə, bu ölkə 13,1 faizlə 2-ci aydır ki, liderliyini qoruyub saxlayır.

Dövlət Gömrük Komitəsinin açıqlamasına görə, yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə mal ixracı (830,7 milyon dollar) 0,5 faiz artıb. Əks istiqamətdə yola salınan malların dəyəri isə 1 milyard 273,2 milyondan 842,2 milyon dollara düşüb. Qonşu ölkəyə, əsasən, xam neft və neft məhsulları, polietilen, alüminium ərintiləri və vərəqəsi, heyvan dərisi, pambıq emalı məhsulları, mis və qurğuşun göndərilir. Türkiyədənsə Azərbaycana minlərlə adda mal gətirilir.

Buna da bax:​ İxrac yarım milyard dollardan çox azalıb

Əvvəlki illərdə Azərbaycanın ən iri ticarət tərəfdaşı İtaliya sayılırdı. Səbəb - Azərbaycan xam neftinin bu ölkənin Milan birjası üzərindən satılması idi.

Doqquz ayda Azərbaycandan daha çox mal alanların siyahısına yenə də İtaliya (1 milyard 444,4 milyon dollar) başçılıq edir. Azərbaycan isə ən çox Rusiya istehsalı olan mallar idxal edir (1 milyard 347,1 milyon dollar dəyərində).

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG