Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:44

İstanbuldakı “Yıldız Texniki Universiteti” müəllim heyətinin 73 üzvü saxlanıb.

Onlar 15 iyul qiyam cəhdiylə bağlı istintaq çərçivəsində saxlanıblar.

Prokurorluq noyabrın 18-də ümumilikdə universitetin 103 əməkdaşının həbsinə order verib.

Onlar 15 iyul qiyam cəhdinin təşkilində ittiham olunan Fətullah Gülən hərəkatı ilə bağlılıqda şübhəli bilinirlər.

Prokurorluğun məlumatına görə, onlar mesajlaşmaq üçün “Bylock” adlı mobil əlavədən istifadə edirmişlər.

Məlumata görə Fətullah Gülən tərəfdarları bu əlavədən 2014-cü ildən istifadə edirlər.

Həmçinin noyabrın 17-də 203 hakim eyni ittihamla işdən azad edilib.

15 iyul qiyam cəhdindən bu yana ölkədə 110 mindən çox adam saxlanıb və ya vəzifədən kənarlaşdırılıb,

36 mindən çox adamsa həbs edilib.

Qiyam cəhdi zamanı 240-dan çox adam ölüb.

Hakimiyyət dəfələrlə bəyan edib ki, bu qiyam cəhdinin arxasında hazırda ABŞ-da yaşayan Fətullah Gülən durur.

O, ittihamı rədd edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG