Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:00

Türkiyənin qaçaq düşən generalları


Hərbi hava qüvvələrinin general-mayoru Mehmet Cahit Bakir Əfqanıstandan qaçdıqdan sonra Dubayda həbs olunaraq Türkiyəyə təslim edilib (Foto 2014-cü ildə Kabulda çəkilib)
Hərbi hava qüvvələrinin general-mayoru Mehmet Cahit Bakir Əfqanıstandan qaçdıqdan sonra Dubayda həbs olunaraq Türkiyəyə təslim edilib (Foto 2014-cü ildə Kabulda çəkilib)

Reuters agentliyi xəbər verir ki, bütün dünya boyunca Türkiyənin hərbi attaşeləri və diplomatları qaçaq düşürlər.

Yunanıstandakı iki hərbi attaşe İtaliyaya qaçıb, bir başqaları xaricdə həbs ediliblər, bəzi diplomatlar isə ötən ay baş vermiş çevriliş cəhdinin ardınca təhqiqat üçün geri çağırılsalar da vətənə qayıtmaq istəməyiblər.

Bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu verib.

NATO-nun ikinci böyük silahlı qüvvələrinə malik Türkiyədə çevriliş cəhdi ilə əlaqədar ordu generallarının yarısı da daxil, minlərlə əsgər tərxis və ya həbs edilib.

Erdoğanın reytinqi qalxır

Türkiyənin Qərb müttəfiqləri narahatdırlar ki, prezident Recep Tayyip Erdoğan öz hakimiyyətini möhkəmlətmək üçün siyasi təmizləmələrən istifadə edir.

Buna baxmayaraq ölkə daxilində türklər Qərbin Türkiyəni lazımınca dəstəkləməməsindən qəzəblidirlər.

Türkiyə Silahlı Qüvvələri baş qərargahının rəisi Hulusi Akarın yavəri Levent Turkkan (solda) da həbs edilənlər arasındadır
Türkiyə Silahlı Qüvvələri baş qərargahının rəisi Hulusi Akarın yavəri Levent Turkkan (solda) da həbs edilənlər arasındadır

Avqustun 11-də keçirilmiş rəy sorğusunun nəticələrinə görə Erdoğanın reytinqi 68 faizə yüksəlib, halbuki cəmi bir ay əvvəl bu rəqəm 47 faiz idi.

Xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib ki, Türkiyənin Yunanıstandakı iki hərbi attaşesi maşınla və bərə ilə İtaliyaya qaçıb. Rəsmi Ankara onların ekstradisiyasını tələb edəcək.

Amma belə görünür ki, Qərbdən fərqli olaraq müsəlman ölkələrində qaçmağa çalışan diplomatlar yaxalanaraq Ankaraya təslim edilir.

Məsələn Küveytdəki hərbi attaşe Səudiyyə Ərəbistanı vasitəsilə qaçmaq istəyərkən həbs edilib və Türkiyə tərəfinə verilib. Əfqanıstanda xidmət edən iki general Dubayda həbs olunduqdan sonra Ankaraya təslim ediliblər.

9 general axtarışdadır

Türkiyənin özündə isə hərbi çevriliş cəhdi ilə əlaqədar saxlananların sayı 35 min nəfəri keçib.

Həbs olunanların yarısı və ya 17740 nəfərə qarşı rəsmi ittiham irəli sürülüb, həbs edilənlərin üçdə biri azad edilib.

Xarici işlər naziri Çavuşoğlu NTV telekanalına müsahibəsində bir çox diplomatların geriyə çağrılmalarına baxmayaraq qaçıb gizləndiklərini deyib.

Türkiyə prezidentinin reytinqi 68 faizə çatıb
Türkiyə prezidentinin reytinqi 68 faizə çatıb

Nazir bildirb ki, qaçaq düşənlərin ekstradisiyası üçün hüquqi tədbirlər görüləcək.

Daxili işlər naziri Efkan Ala deyib ki, nazirlik sistemində 76 min qulluqçu vəzifələrindən uzaqlaşdırılıb.

ABŞ rəsmiləri bidliriblər ki, NATO xətti ilə Birləşmiş Ştatlarda olan iki Türkiyə generalı hökumət tərəfindən geri çağrıldıqdan sonra Vaşinqtondan siyasi sığınacaq istəyib.

Reuters xəbər verir ki, hazırda 9 general da daxil, 160-dək yüksək rütbəli ordu zabiti axtarışdadır.

“İstedadlı satqınlar”

Türkiyənin Hollandiyadakı səfirliyinin beş əməkdaşı Gülen hərəkatı ilə bağlılıqda şübhəli şəxslər kimi geri çağrılıblar.

Türkiyə səfiri “Algemeen Dagblad” qəzetinə deyib ki, “burada söhbət əlbəttə, aşbaz və xadimələrdən yox, səfirliyin vəzifəli şəxslərindən gedir”.

“Bunlar istedadlı adamlardır və mənim onlarla birlikdə əla iş təcrübəm olub. Onlardan şübhələnməmişəm. Düşünürəm ki, elə bu da onların istedadından xəbər verir. Onlar sistemə sakitcə sirayət edirlər” – deyib səfir.

Çavuşoğlu bundan əvvəl Xarici İşlər Nazirliyinin 300 əməkdaşının işdən çıxarıldığını bildirdmişdi.

O deyib kİ, qaçaq düşənlərin arasında iki səfir də var. Banqladeşdəki səfirliyin iki əməkdaşı Nyu Yorka qaça bilib. Daha bir rəsmi Moskvadan keçərək Yaponiyaya gedib.

“Biz bu satqınları Türkiyəyə qaytaracağıq” – deyib Çavuşoğlu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG