Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:28

'Türkləri evə italyanlar yox, Fatih Terim göndərdi'


Fatih Terim
Fatih Terim

►Rüstəm Fətəliyev: “Əfsuslar ki, Türkiyə millisi futbol oynamağı üçüncü oyunda yadına saldı”

İyunun 22-də Türkiyə millisi Avropa çempionatına vida etməli oldu. Bir gün öncə fərqli oyun nümayiş etdirən türk yığması qrupdakı oyunlara başlayanda bu performansı göstərə bilməmişdi.

Bu üzdən də çox tənqid edilmişdi. İyunun 21-dən sonra azarkeşlər onun növbəti mərhələdə mübarizəsini, əzmini izləmək istəyirdi. Ancaq... irlandlar aman vermədi. Hərçənd bəzi azarkeşlər italyanları qınayırlar.

“Neftçi” futbol klubunun əməkdaşı, idman şərhçisi Rüstəm Fətəliyevlə söhbətimizdə bu haqda danışırıq.

– Rüstəm bəy, bəzi azarkeşlər iddia edir ki, iyunun 22-dəki oyunlar razılaşdırılmışdı, türk millisini növbəti mərhələyə keçməsini istəməyən avropalı yığmalar, xüsusən də italyanlar bilərəkdən uduzdular. Sizcə, bu söhbətdə həqiqət payı ola bilərmi?

– Türkiyə millisinin Avropa çempionatında qrup mərhələsinə keçməməsi İtaliya ilə İrlandiya arasındakı görüşün nəticəsi ilə bağlı deyil. Birincisi, türk millisinin öz səhvləri vardı, Fateh Terimin öz səhvləri. Mən bu gün türk mətbuatını oxuyarkən də gördüm ki, türkiyəli həmkarlarımız ilk öncə səhvləri öz komandalarında tapmağa çalışırlar, yəni başqasında yanlış axtarmırlar. Məncə, heç bir komanda taleyini başqa komandaya bağlamamalıdır. Türkiyə millisi ilk iki oyunda uduzdu. Avropa çempionatlarında bu qayda dəyişikliyi olmasaydı, əvvəlki kimi yenə də hər qrupdan iki komanda pley offa çıxsaydı, Türkiyə millisinin heç bir şansı qalmayacaqdı. Və bu söhbətlər olmayacaqdı. Maraqlı vəziyyət alınır. Türkiyədə səhvi öz komandalarında axtarırlar, Azərbaycanda italyanların oyunu satdığını deyirlər.

____________________________________________________________

Bunlara da bax:
«Dollar 1 manat 80 qəpiyə qədər bahalaşacaq»
Abid Şrifov: 'Onlar guya tarixi abidədir'

____________________________________________________________

– Bəlkə də azarkeşlər İtaliya yığmasının heyətində bu dəfə daha çox gəncləri, təcrübəsiz oyunçuları gördüklərindən bu qənaətə gəliblər?

– İtaliya yığmasının baş məşqçisi Antonio Kontenin heyətlə bağlı böyük problemləri vardı. O bilirdi ki, səkkizdə bir finalda İspaniyaya qarşı oynayacaq. Altı oyunçusunun sarı kartı var və əgər onlar irlandlarla qarşılaşmada yenidən sarı kart alsaydılar, İspaniyaya qarşı oyunu buraxmalı olacaqdılar. Hazırda İtaliya yığmasının skamyası o qədər geniş deyil, üstəlik yaşlı yığmadır. Vacib bir qarşılaşmadan -ispanlarla oyundan qabaq Kontenin aparıcı oyunçuları itirməyə haqqı yox idi. O axmaq deyil, axı. Məncə, Türkiyənin pley offa çıxmamasının günahkarı İtaliya yığması deyil. Bu birincisi, gülməlidir. İkincisi, türk yığmasında dəyişiklik olmalıdır. Bir şeyi xatırladım, Türkiyə yığması Avropa çempionatına da birbaşa çıxa bilməmişdi. O zaman da digər komandaların oyunlarının nəticəsini gözləmişdilər və bəxtləri gətirmişdi. İndi isə gətirmədi. Hər zaman öz taleyinibaşqasına etibar etmək düzgün deyil.

– Oyunun son dəqiqələrində italyan futbolçuların oynamadığı, vaxt öldürdüyünü iddia edənlər də var.

– İrlandların vurduğu qoldan 4-5 dəqiqə əvvəl İtaliya yığmasının vurduğu qol dirəyə dəydi. Kimsə deyə bilər ki, o, bilərəkdən belə etdi. Bu məsələlərdə nəyisə sübut etmək çox çətindir. Ancaq məncə, indiki halda oyun alqı-satqısından söhbət gedə bilməz. 2006-cı ildə İtaliya dünya çempionu olduqdan sonra oyunların alınıb-satılması ilə bağlı bir qalmaqal yaşandı, kriminal iş idi. Ondan sonra İtaliyada nə yığma, nə də klublar bu cür alqı-satqı qalmaqallarında adlarının hallanmasını istəmirlər yəqin. Fikrimcə, türkləri evə italyanlar yox, Fatih Terim göndərdi.

Türkiyə-Çexiya
Türkiyə-Çexiya

– Fatih Terimin səhvi nədə idi, sizcə? Və bir də artıq onunla vidalaşmaq zamanı çatıbmı?

– Mən belə deməzdim. Türkiyədə Fatih Terim kimi məşqçi olmayıb və təəssüf ki, yaxın tarixdə olmayacaq. O, böyük məşqçidir və böyük məşqçilərin hərdən bir böyük səhvləri olur. Çempionatdakı birinci oyunda türk komandasının xorvatlara qarşı yaddaqalan hücumunu görmədik, ikinci oyunda ispanlara qarşı oyunda da fərqli vəziyyətə şahid olmadıq. Düzdür, ispanlar bu çempionatın favoritləridir, amma xorvatlar göstərdi ki, ispanlara qarşı da oynamaq olar, çexlərsə göstərdi ki, xorvatlara qarşı da oynamaq mümkündür. Əfsuslar ki, Türkiyə millisi futbol oynamağı üçüncü oyunda yadına saldı. Və komanda uduzursa, günahkar məşqçidir.

– Türk millisinin 2008-ci Avropa çempionatındakı gözəl oyununu, canatımını biz bu dəfə görmədik.

– 2008-ci ildəki oyun emosiyalarla bağlı idi. Yəni xarakter göstərilirdi. Həm də Türkiyə millisində o zaman təcrübəli oyunçular da vardı, gənc oyunçular da, özlərini sübut etmək istəyənlər də. Arda Turan Qalatasarayda oynayırdı, Barselonada deyil, Atletikonun təcrübəsi hələ yox idi. Özünü göstərmək istəyirdi. İndi isə Ardadan liderlik tələb olunurdu. Bəlkə də o, buna hazır deyildi. Vaxt lazımdır. Çox istərdim, Türkiyə yığması dünya çempionatının seçmə mərhələsini uğurla keçsin. Onun Rusiyada keçiriləcək dünya çempionatında iştirakı simvolik olardı. Orda uğurlu nəticə göstərməsini də çox arzulayıram. Dörd il sonrasa Avropa çempionatının bəzi oyunları Bakıda keçirilməlidir və istərdim ki, orda həm Türkiyə, həm də Azərbaycan yığması iştirak etsin.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG