Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:23

Erdoğan deyib ki, “türk xalqı ölüm cəzasının bərpasını istəyir”


Avropa İttifaqı narahatdır ki, Türkiyə hökuməti ölüm cəzasının bərpası ilə, baş tutmamış çevrilişin iştirakçılarından qisas almağa hazırlaşır

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Almaniyanın ARD televiziyasına müsahibəsində deyib ki, Türkiyə xalqı ölüm cəzasının bərpasını istəyir və ölkəni idarə edənlər xalqı dinləməlidirlər.

Bu gün türk xalqı nə deyir? Onlar ölüm cəzasının yenidən tətbiq olunmasını istəyirlər və biz də hökumət kimi xalqın dediyinə qulaq asmalıyıq

Bundan az əvvəl Avropa rəsmiləri bildirmişdilər ki, Türkiyə ölüm cəzasını bərpa edərsə, bu ölkənin Avropa İttifaqına üzvlük danışqıları prosesi dərhal dayandırılacaq.

“Bu gün türk xalqı nə deyir? – deyə sual edib Erdoğan ARD telekanalına müsahibədə, - Onlar ölüm cəzasının yenidən tətbiq olunmasını istəyirlər və biz də hökumət kimi xalqın dediyinə qulaq asmalıyıq, Biz deyə bilmərik ki, “yox, sizin dediyiniz bizi maraqlandırmır…”

Bundan əvvəl Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker demişdi ki, Türkiyə ölüm cəzasının bərpası barədə qərar qəbul edərsə, Ankaranın Avropa İttifaqı ilə danışıqlarına dərhal son qoyulacaq.

Buna cavab olaraq Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib ki, “Juncker Türkiyənin rəhbəri deyildir”.

Türkiyə hökuməti bildirir ki, son günlər hökuməti dəstəkləyən izdihamlı mitinqlərdə baş tutmamış çevriliş iştirakçılarına tətbiq edilmək üçün ölüm cəzasının bərpası tələbləri tez-tez səslənir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG