Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:24

Oktyabrın 8-də Ankarada üzərində bomba olduğu hesab edilən iki adam özünü partladıb. Olay zamanı başqa yaralanan olmayıb.

Ankara rəsmisi Erkan Topaca bildirib ki, polis şübhəli saydığımaşını saxlamaq istəyib, ancaq maşının içindəkilər əmrə tabe olmayıb özlərini partladıblar. Onlardan biri qadın, digəri kişi olub.

Anadolu xəbər agentliyi bildirir ki, şübhəli şəxslərin terror törətmək istədikləri güman edilir.

Rəsmilər şübhəli şəxslərin PKK ilə əlaqəsini ehtimal edirlər.

Bir ildən çoxdur ki, Türkiyədə ard-arda Ankara və İstanbulda və ölkənin kürdlər sıx yaşadığı bölgələrdə terror hadisələri törədilib, 100-dən çox adam həyatını itirib.

XS
SM
MD
LG