Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:58

Bu ilin 9 ayında Türkiyədə qurulan Azərbaycan sərmayəli şirkətlərin sayında azalma var. Azərbaycanlı iş adamlarının yatırdığı vəsaitlərin həcmində də əvvəlki illə müqayisədə 2 dəfə azalma qeydə alınıb.

Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) açıqlamasına görə, 2016-cı ildə bu ölkədə Azərbaycan sərmayəsinin iştirak etdiyi 112 şirkət təsis olunub . Onlardan 37-si səhmdar cəmiyyətidir.

Buna da bax: Şimali Qafqaz və Balkanlara Azərbaycan sərmayəsi

Almaniyadan sonra ikinci yer

Türkiyədə səhmdar kapitallı şirkətlərin sayına görə, Azərbaycan Almaniyadan sonra ikinci yerdə gəlir.

Ötən il, maliyyə və iqtisadi böhranın ayaq açdığı bir vaxtda, bu ölkədə 135 şirkətin qurulmasına Azərbaycandan 49 milyon türk lirəsi yatırılıb. Bu il isə bu rəqəm 24 milyon 345 min lirəyə bərabər olub. Qurulan 112 yeni şirkətdə Azərbaycan sərmayəsinin payı 86,5 faizdir.

Buna da bax: İ.Əliyev: ‘Biz indi özümüz Türkiyəyə sərmayələr qoyuruq...’

Dövr ərzində Türkiyədə xarici sərmayənin iştirakı ilə yaradılan orta hesabla hər 30 şirkətdən birində Azərbaycan iş adamlarının payı olub. Son altı ayda azərbaycanlılar Türkiyədə yeni qurulan şirkətlərə 19,2 mln. lirə sərmayə qoyublar. Sentyabrda qurulan 6 şirkətə yatırılan sərmayənin yarısını (344,5 min lirə) Azərbaycandan gələn iş adamları qoyublar.

Türkiyə Azərbaycanın ən iri ticarət tərəfdaşı və qarşılıqlı sərmayə qoyuluşları üzrə ilk yerlərdə gedən ortaqlarındandır.

Ermənistandan gələn iş adamları...

TOBB-nin məlumatına görə, bu ilin 9 ayında Türkiyədə Ermənistandan gəlmiş biznes adamlarının iştirakı ilə 6 məhdud məsuliyyətli müəssisə qurulub. Toplam 250 min lirə olan yatırımın 100 minini erməni iş adamları qoyublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG