Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:08

Avropa-Türkiyə: Son qərar sonraya qaldı


Jean-Claude Juncker, Ahmet Davutoğlu, Donald Tusk və Martin Schulz
Jean-Claude Juncker, Ahmet Davutoğlu, Donald Tusk və Martin Schulz

Miqrant böhranı ilə bağlı Avropa İttifaqının Türkiyə ilə birgə keçirdiyi sammit, son qərarın daha sonra qəbul ediləcəyi vədilə başa çatıb.

Miqrant böhranı ilə bağlı Avropa İttifaqının Türkiyə ilə birgə keçirdiyi sammit, son qərarın daha sonra qəbul ediləcəyi vədilə başa çatıb.

Bu sammitdə Avropa liderləri Türkiyənin Avropaya miqrant axınını dayandırmaq təkliflərini müzakirə edirdilər. Türkiyə tərəfi bu sammitdə həm də özünün Avropa İttifaqına üzvlük danışıqlarının intensivləşməsi tələbini qoymuşdu.

Avropa rəsmiləri danışıqlarda “yaxşı irəliləyişə” nail olunduğunu, lakin təklif edilən plan üzərində müzakirələr üçün daha çox vaxt lazım gələcəyini bildiriblər.

Yeni plana görə Türkiyə Avropaya qanunsuz keçmiş miqrantları öz ərazisinə gətirəcək
Yeni plana görə Türkiyə Avropaya qanunsuz keçmiş miqrantları öz ərazisinə gətirəcək

Danışqılar Avropa İttifaqının əvvəlcədən planlaşdırılmış görüşü ərəfəsində, martın 17-18-dən əvvəldavam etdiriləcək.

Hazırda Avropa, İkinci Dünya Müharibəsindən bəri özünün ən böyük qaçqın problemi ilə üzləşib və miqrantların Türkiyə vasitəsilə qitəyə axınının qarşısını almağa çalışır.

Türkiyə hazırda qonşu Suriyadakı müharibədən qaçan 2, 7 milyon qaçqına sığınacaq verib.

Buna əlavə olaraq Avropa İttifaqı Türkiyənin Avropada sığınacaq almayan miqrantları öz ərazisinə aparmasını istəyir. Aİ-nin mövqeyinə görə Türkiyə həmçinin öz sərhəd sularının mühafizəsini gücləndirməlidir ki, onun ərazisindəki miqrantlar dəniz və başqa yollarla Yunanıstana keçməsinlər.

Hazırkı danışıqlarda yaranmış problem Türkiyənin bu görüşə yeni təkliflərlə gəldiyini bildirməsi idi.

Türkiyə qiyməti qaldırır

“Yeni təkliflər” ilk növbədə o deməkdir ki, Türkiyə Avropaya miqrant axının dayandırılmasında kömək etmək üçün indi iki dəfə çox haqq istəyir.

Bundan əvvəl Avropa İttifaqı miqrantları öz ərazisində yerləşdirməsi üçün Türkiyəyə 3, 3 milyard avro təklif etmiş və Ankara da bu təklifi qəbul etmişdi.

İndi Türkiyə bu rəqəmin 6, 6 milyard avro olmasını istəyir. Bundan başqa Türkiyə özünün tez bir zamanda Şengen zonasına qəbul eduilməsinə çalışır.

Sammitdən sonra Lüksemburqun baş naziri Xavier Bettel Tvitter hesabından yazıb ki, sammitin sədri Donald Tusk Türkiyənin təkliflərini martın 17-dən əvvəl öyrənməlidir.

Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker-in administrasiya rəhbəri Martin Selmayr deyib ki, danışıqlarda dalandan çıxmaq mümkün olub.

Lakin Almaniya kansleri Angela Merkel daha ehtiyatla danışıb və deyib ki, bu planlar reallaşandan sonra “dalandan çıxıldığını” söyləmək olar.

Erdoğan Avropanı “divara dirəyir”

Bu arada Türkiyə prezidenti Recep Tayyip Erdoğan Avropa İttifaqına qarşı sərt ritorikasını davam etdirib. O deyib ki, Avropanın ilk vədindən 4 ay keçir, amma hələ də Türkiyəyə pul verilməyib.

“Mənim baş nazirim indi Brüsseldədir. Ümid edirəm ki, o pulla qayıdacaq” – deyib Erdoğan.

Bir sıra təhliçilər Türkiyənin miqrant böhranını özünün Avropa İttifaqına üzvlük məsələsinə qatmaqla Brüsseli çətin vəziyyətdə qoyduğunu söyləyirlər.

Bir çox Avropa liderləri Türkiyədə insan haqları ilə bağlı vəziyyətin pisləşdiyini, azad medianın boğulduğunu düşünürlər.

İnsan haqları və media azadlığı isə Türkiyənin Avropa İttifaqına üzvlük danışıqlarında əsas məsələlərdən biri olaraq qalır.

NATO və başqaları

Bu sammitdə miqrant axının dayandırılmasına dair Avropa ölkələrinin özləri də müəyyən plan təkliflərində bulunublar.

Qaçqınların Balkan marşrutu bağlanıb
Qaçqınların Balkan marşrutu bağlanıb

Şərqi və Mərkəzi Avropa ölkələri miqrantları lazım gələrsə, güc tətbiq etməklə dayandırmağa tərəfdardırlar.

Avstriyanın vise-kansleri Reinhold Mitterlehner deyib ki, Avropa öz sərhədlərini “əsl sərhədlərə” çevirməlidir.

O, əlbəttə, “insan həyatına təhlükə yaratmamaq şərtinə” əməl olunmasına çağırıb.

Bu sammitdə həmçinin Avropa İttifaqına gedən əsas marşrutun – Balkan marşrutunun bağlanması da müzakirə edilib.

Müşahidəçilər bu marşrutun artıq praktik olaraq bağlandığını bildirirlər.

Bundan başqa NATO gəmiləri miqrant qayıqlarının qarşısının alınması üçün Türkiyənin və Yunanıstanın ərazi sularına gətirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG