Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:38

İstanbulda minlərlə adam cinsi təcavüzə uğrayan qızla təcavüzkarın evləndiyi təqdirdə onun azadlığa çıxmasına imkan yaradan qanun layihəsi əleyhinə etiraz aksiyası keçirib.

Frans Press xəbər verir ki, İstanbulun Asiya tərəfində azı 3 min adam etiraz aksiyası keçirib.

Etirazçıların qaldırdığı şüarlar arasında“AKP, bədənimdən əlini çək” şüarı olub.

Qanun layihəsini hakim partiyanın millət vəkilləri irəli sürüb və hökumət bu qanun layihəsini bəyənir, ancaq müxalifət, uşaq və qadın hüquq müdafiə təşkilatları buna sərt təpki göstəriblər.

Qanun layihəsi ikinci dəfə parlamentdə səsə qoyulacaq.

Bu təklif qəbul olunarsa, yetkinlik yaşına çatmayan qıza qarşı cinsi təcavüz edən şəxs onunla evləndiyi təqdirdə azadlığa çıxa biləcək,barəsində yenicə məhkəmə qərarı varsa, hökm icra edilməyəcək.

Türkiyədə rəsmi evlənmə yaşı 18-dir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG