Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:43

Türkiyədə 370 dərnəyin fəaliyyəti dayandırılıb. Bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb.

Həmin dərnəklərin müxtəlif terror qurumları ilə bağlı olduğu bildirilir.

Dərnəklərin fövqəladə vəziyyət rejiminə uyğun olaraq təhlükəsizlik, asayiş tədbirlərinin güclındirilməsi məqsədiylə bağlandığı bildirilir.

Fəaliyyəti dayandırılan dərnəklərin siyahısı açıqlanmayıb.

Türkiyə mediası həmin dərnəklərdən 47-nin Diyarbakırda yerləşdiyini və PKK-la əlaqələrinə görə bağlandığını bildirir. Bu dərnəklər arasında 3 minə yaxın üzvü olan Çağdaş Hüquqşünaslar Dərnəyi də var.

1974-cü ildən fəaliyyət göstərən Çağdaş Hüquqşünaslar Dərnəyinin Ankara bürosu bağlandıqlarını Twitter hesabından yayıb.Dərnək 3 aylığıa bağlanmağının qanunsuz olduğunu bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG