Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:53

Avropa Komissiyası Türkiyəyə viza rejiminin ləğvini məsləhət gördü


Foto arxiv

Foto arxiv

Avropa Komissiyası Avropa Birliyinə Türkiyəyə viza rejiminin ləğvini məsləhət görüb.

Komissiya Türkiyənin Avropa Birliyinin 72 kriteriyasından 67-nə cavab verdiyini bildirib.

Əgər iyunun 30-dək qalan şərtlər da yerinə yetirilsə, onda Türkiyə vətəndaşları Avropa Birliyi ölkələrinə vizasız gedə biləcək.

Söhbət Şengen zonasından gedir.

Viza rejiminin ləğvi Türkiyə ilə Avropa Birliyi arasında əldə olunmuş miqrant razılaşmasının şərtlərindən biridir.

Bunun qüvvəyə minməsi üçün onu əksər Avropa Birliyi ölkələri və Avropa Parlamenti də təsdiqləməlidir.

Türkiyə isə vizasız rejim üçün lazımi işlərin başa çatdırmaq üzrə olduğunu bildirir.

Bunu ölkənin xarici işlər naziri Mevlut Çavusoglu mayın 4-də-Parlamentin bununla bağlı yeni qanun qəbul etməsindən sonra bəyan edib.

Avropa qaydalarına görə pasportlar biometrlik olmalıdır və amma Türkiyə hələ ki, bunu təqdim etməyib.

Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermans jurnalistlərə deyib ki, Türkiyə iyunadək birliyin tələb etdiyi 72 kriteriyadan hələ 5-ni yerinə yetirməlidir.

Avropa Birliyi ilə Türkiyə arasındakı miqrant razılaşmasında bütün qanunsuz miqrantların Türkiyəyə qaytarılması, əvəzində ona maliyyə yardımının artırılması, Türkiyə ilə viza rejiminin qaldırılması və onunla üzvlük danışıqlarının tezləşdirilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG