Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:16

2016-cı ilin sonlarında Qırğızıstanın paytaxtı Bişkekdə keçirilməli olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI sammiti qeyri-müəyyən müddətə təxirə salınıb.

Qırğızıstan Xarici İşlər Nazirliyinin məlumatlna görə, sammitin yeni tarixi üzv ölkələrlə razılaşdırılacaq.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə birləşib.

Ekspertlər sammitin təxirə salınmasını Türkiyə və Qırğızıstan prezidentləri Recep Tayyip Erdoğanla Almazbek Atambayevin şəxsi münasibətləri ilə bağlayır. Bundan əvvəl Erdoğan A.Atambayevdən Qırğızıstandakı Gülen məktəblərini bağlamasını istəmişdi. A.Atambayev isə həminməktəblərin bağlanmayacağını bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG