Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:19

-

Nüfuzlu "Penguin" nəşriyyatı klassik rus yazıçısı I.Turgenevin "Atalar və Oğullar" romanından bir cümləni çıxararaq, öz poster kampaniyasında istifadə edib.

London metro stansiyalarına yerləşdirilmiş reklamlarda Turgenevin 1862-ci ildə yazdığı romandan bu cümlə sitat verilir:

"Aristokratiya, liberalizm, inkişaf, prinsiplər... Lazımsız sözlərdir. Bir rusun bunlara ehtiyacı yoxdur!"

Bundan sonra Londonda yaşayan 1000-dən artıq rus etiraz edib, online petisiya imzalayıb. Onlar deyirlər ki, bu cümlə daha uzun cümlədən kəsilib çıxarılıb, əslində kitabdakı cümlə belədir:

"Aristokratiya, liberalizm, proqres, prinsiplər... nə qədər xarici... və lazımsız sözlər. Bir rus onları həfiyyə almaq istəməz.”

Kitabda bu sözlər nihilist Y.Bazarovun dilindən səslənir. "The Guardian"-ın yazdığına görə, "Atalar və oğullar"ın ingilis naşiri "Melville House" bəyan edib ki, bu, tək bir xarakterin romanın əsas fikri olmayan cümləsidir, kontekstdən çıxarılıb.

London ruslarının bəyanatında deyilir ki, "Penguin" nəşriyyatı bu sitatı qəsdən əsl mənasından çıxarıb, özü də posterdə sitatın altına qəsdən kitabın adını, müəllifini yazmayıb.

"Penguin" sözçüsü isə məsələyə belə münasibət bildirib:

"Penguin cib kitabları seriyasına 20 böyük klassik ədəbiyyat daxildir. Turgenevlə yanaşı, orada Tolstoy, Gorky, Bulgakov və başqa rus yazıçılarının da kitabları var və bu seriyanın böyük hissəsini onlar tutur. Bizim ikihəftəlik poster kampaniyamız insanları bu böyük xəzinəyə cəlb etmək üçün bir metoddur."

Günün bütün mövzuları

XS
SM
MD
LG