Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:59

Türkiyədə daha 60 pilotun həbsinə order verildi


Racep Tayyip Erdogan və Fethullah Gulen
Racep Tayyip Erdogan və Fethullah Gulen

Konyada daha 60 pilotun həbsinə order verilib.

Onlar 15 iyul qiyam cəhdinin təşkilində ittiham olunan Fətullah Gülən hərəkatı ilə bağlılıqda şübhəli bilinirlər.

Hazırda pilotların həbsi istiqamətində əməliyyatlar keçirilir.

Saxlananlar barədə hələlik dəqiq məlumat yoxdur.

Qeyd edək ki, bugünədək Koniyada 4 belə əməliyyat keçirilib.

Təkcə noyabrın 9-da keçirilən əməliyyat zamanı 47 pilot saxlanıb.

Onlardan 17-si həbs olunub, qalanları isə sərbəst buraxılıb.

Ölkədə 15 iyul qiyam cəhdi ilə bağlı kütləvi həbslər davam edir.

Bugünədək 35 mindən çox adam həbs olunub, 100 mindən çox hərbçi, hakim, müəllim və digər dövlət quluqçusu saxlanıb və ya işdən kənarlaşdırılıb.

15 iyul qiyam cəhdi zamanı 270-dən çox adam ölüb.

Hazırda ABŞ-da yaşayan Fətullah Gülən ona qarşı irəli sürülən ittihamları rədd edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG