Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:55

Sarkisianın rəqibi yenidən siyasətə dönür


Serzh Sargsyan və Gagik Tsarukyan
Serzh Sargsyan və Gagik Tsarukyan

“Çiçəklənən Ermənistan” partiyasının keçmiş lideri Garik Tsarukyan ölkədə ciddi dəyişiklik etmək üçün yenidən fəal siyasətə dönür.

Bu barədə AzadlıqRadiosunun Ermənistan xidmətinə dekabrın 5-də partiyanın indiki rəhbəri Naira Zurabyan məlumat verib.

O, Tsarukyanın müxalifət kimi qayıtdığını vurğulayıb.

“Bəli, bizim partiya siyasət və mövqeini dəyişməyib, dəyişməyəcək də.Garik Tsarukyan ölkəmizdə ciddi dəyişikliklər etmək üçün dönür”, deyə o bildirib.

Tsarukyanın siyasətə dönməsi barədə partiyanın dekabrın 4-də keçirilən toplantısında qərar qəbul edilib.

Partiyanın məlumatına görə, o,10 minlərlə ölkə sakininin xahişi və ölkə qarşısında duran ciddi problemləri həlli üçün siyasətə dönür.

Xatırladaq ki, prezident Serzh Sarkisian 2015-ci ilin fevralında Garik Tsarukyanı kəskin tənqid eləmiş və onu bir siyasətçi kimi “ölkənin bəlası” adlandırmışdı.

Tsarukyan və “Çiçəklənən Ermənistan” partiyası həmin vaxt parlamentdə azlıqda olan digər 2 siyasi partiya ilə birlikdə hakimiyyətin dəyişməsi tələbi ilə mitinq təşkil etmək istəyirdilər.

Sarkisianın tənqidindən sonra şəxsən Tsarukyanın özü və onun biznesinə qarşı administrativ təzyiqlər başladı və nəticədə o, “Çiçəklənən Ermənistan” partiyasının liderliyi və siyasətdən getmək məcburiyyətində oldu.

Amma 60 yaşlı maqnat deputat mandatını saxlaya bildi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG