Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:51

Trump-ın layihəsində qazax çirkli pulları


İnterpolun saytında Viktor Khrapunovun axtarışı elanı
İnterpolun saytında Viktor Khrapunovun axtarışı elanı

"The Financial Times" qəzeti yazır ki, Qazaxıstanın bir keçmiş yüksək rütbəli məmurunun qızı ABŞ prezidentliyinə namizəd Donald Trump-ın şirkətinə məxsus daşınmaz əmlakdan çirkli pulların yuyulmasında yararlanıb.

MƏMUR İTTİHAMLARI RƏDD EDİR

Qəzet yazır ki, onun əlində ümumi dəyəri 3 milyon 100 min dollar olan üç mənzilin alınması barədə sənədlərin surətləri var. Nyu Yorkun Manhetten hissəsində "Trump Soho" göydələnində yerləşən bu mənzillər Qazaxıstanın keçmiş energetika naziri və keçmiş Almatı meri Viktor Khrapunovun qızı Elvira Kudryashova tərəfindən satın alınıb.

Mənzillər saxta şirkətlər vasitəsilə alınıb. Pul isə ABŞ-ın "Wells Fargo" bankından köçürülüb. Qəzet yazır ki, Elvira Kudryashova hazırda Kaliforniyada yaşayır.

Buna da bax:​ Trump Ziya və Anar Məmmədovlara görə sorğu-suala çəkilir

2007-ci ildə Almatının keçmiş merinin tikinti işlərinin aparılmasından ötrü qanunsuz torpaq sahələri ayırması barədə məlumat üzə çıxınca Viktor Khrapunov və arvadı Qazaxıstandan İsveçrəyə qaçıblar. İsveçrə hökuməti Qazaxıstanın xahişi ilə Khrapunov və ailəsinin varidatının mənşəyini araşdırır. Qazaxıstan onun ekstradisiyası barədə müraciət edib. Viktor Khrapunov bütün ittihamları rədd edir.

MƏNZİLLƏR 3 İL ÖNCƏ ALINIB

"The Financial Times" yazır ki, Trump və partnyorlarına məxsus üç mənzil 2013-cü ilin aprelində satın alınıb. Həmin vaxt artıq "Trump Soho" layihəsinin gözlənilən diqqəti cəlb etmədiyi və binanı tikənlərin qoyduqları kapitalı geri götürə bilməyəcəkləri bəlli idi.

Buna da bax: Trump Bakıdakı layihədən milyonlar qazanıb- [video]

Donald Trump-ın təmsilçisi bildirib ki, Trump-ın şirkəti mənzil satışı ilə məşğul olmayıb. Alıcıların axtarışı və onlarla bağlı maliyyə yoxlamaları Trump-ın partnyorları olan "Bayrock" və "Sapir Organization" tərəfindən aparılıb.

Keçmişdə Trump-ın özü satışlarının mühüm hissəsinin Rusiya və keçmiş Sovet İttifaqından olan müştərilərin payına düşdüyünü demişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG