Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:38

Respublikaçıların ən uğurlu namizədi özünü “birləşdirici” adlandırsa da, partiyanın vəzifəliləri onun liderliyinə qəti etiraz edirlər.

Ötən “superçərşənbə” praymerilərində 7 ştatda qalib gəlmiş Donald Trump partiyadaşlarının ciddi narahatlığına səbəb olub.

Respublikaçıların ən uğurlu namizədi özünü “birləşdirici” adlandırsa da, partiyanın vəzifəliləri onun liderliyinə qəti etiraz edirlər.

Senator Lindsey Graham çərşənbə günü bəyan edib ki, cənab Trump noyabr prezident seçkisini uduzuacaq.

Senator Lindsey Graham deyib ki, Trump-ı dayandırmaq lazımdır

Senator Lindsey Graham deyib ki, Trump-ı dayandırmaq lazımdır

Partiyanın keçən seçkilərdəki nominasiyası Mitt Romney-nin cümə axşamı çıxış edəcəyi və Donald Trump-ı kəskin tənqid edəcəyi gözlənilirdi.

Bir çox respublikaçıları biznesmen Trump-ın immiqrasiya kimi məsələlərdə kəskin antimühacir mövqeyi tutmaqla “partiya xəttindən” çıxması əsəbiləşdirir.

Amma məsələ burasındadır ki, Trump-ın “superçərşənbə” qələbəsi onun Ağ Ev uğrunda yarışda demokrat namizədin qarşısına çıxacaq respublikaçı olmaq şanslarını artırıb.

Praymerilərdə digər iki namizəd o qədər də böyük uğur qazana bilməyib. Senator Ted Cruz yalnız 4 ştatda uğur qazana bilib. Marko Rubio isə yalnız Minnesota səsvəerməsini udub.

Cənab Trump bu cümə axşamı Cruz, Rubio və Kasich-lə Fox News televiziyasının daha bir debatına çıxacaqlar. Ben Carson bundan sonra yarışı davam etdirməyin mənasız olduğunu bəyan edib.

Ku Klux Klan qovğası

Son günlərdə respublikaçıların bir sıra liderləri, o cümlədən Nümayəndələr Palatasının spikeri Paul Ryan və Cənubi Kaerolina senatoru Lindsey Graham Donald Trump-ın ziddiyyətli siyasətlərini kəskin tənqid atəşəşinə tutublar.

Trump-ın ən son ziddiyyətlərindən biri də onun ağ irqçi Ku Klux Klan təşkilatının lideri David Duke-un dəstəyindən rəsmən imtina etməməsidir, hərçənd Trump bunu əvvəllər bir neçə dəfə etdiyini deyib.

Cənab Ryan deyib ki, onun partiyası nifrətə əsaslanan hər hansı qrup və ya təşkilatın dəstəyindən birmənalı şəkildə imtina edir.

“Bu partiya insanların xürafatı üzərində siyasət qurmur” – deyib Ryan.

Senator və çoxluğun lideri Mitch McConnel isə deyib ki, Senat respublikaçıları David Duke və onun KKK təşkilatını pisləyir və rədd edirlər.

Trump-ı dayandırmaq üçün kampaniya

Nüfuzlu konqresmen Peter King yarızarafat deyib ki, əgər Trump nominasiya edilsə, o, siyasəti tərk edəcək.

Marco Rubio isə deyib ki, respublikaçılar keçmiş teleşou ulduzunu dəstəkləməyəcəklər.

“Əgər başqa bir namizəd olsa idi, adamlar indiyədək lider namizəd kimi onun ətrafında birləşməyə çağırardılar. Donald Trump barədə heç kəs bunu etməyəcək” – deyib Rubio.

Respublikaçlıarın siyasi aksiya komitəsi Donald Trump-ı gözdən salmaq üçün “superçərşənbə” ərəfəsində 8500 antireklam yayınlayıb

New York Times qəzetinin yazdığına görə partiyanın bir sıra donorları artıq Trump-a qarşı kampaniyaya fond toplamağa çalışırlar.

Xəbər verilir ki, respublikaçlıarın siyasi aksiya komitəsi Donald Trump-ı gözdən salmaq üçün “superçərşənbə” ərəfəsində 8500 antireklam yayınlayıb.

Cənab Graham deyib ki, əgər Trump respublikaçıların nominsasiyası olsa, seçki yarışını Hillary Clinton-a uduzacaq.

O bildirib ki, partiya Trump-ı dayandırmaq üçün Ted Cruzun ətrafında birləşməli ola bilər.

“Hərçənd mən əmin deyiləm ki, bunun bir xeyri olsun” – deyib Graham.

Böyük çərşənbə praymerilərində demokratların namizədi Hillary Clinton da 7 ştatda qalib gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG