Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:29

►Trumpın Yaponiya və Cənubi Koreya ilə bağlı çıxışı narahatlıq doğurub

ABŞ-ın Respublikaçılar Partiyasının prezidentliyə namizədlərindən biri olan Donald Trump deyib ki, Amerika silahlı qüvvələri Yaponiya və Cənubi Koreya sahillərindən çəkiləcək və onları nüvə silahları əvəz edəcək.

Hazırda Yaponiyada 54000, Cənubi Koreyada isə 28500 ABŞ əsgəri var.

"Yaxşısı budur Yaponiya özü özünü manyak Şimali Koreyadan qorusun. Düzünə qalsa, Cənubi Koreya da özünü müdafiə etməyə başlasa, bizim üçün yaxşı olar... Onlar ya özlərini müdafiə etməlidirlər, ya da bizə pul ödəməlidirlər," deyə Trump CNN-ə müsahibəsində bildirib.

Trumpın bu çıxışının doğurduğu narahatlıq o qədər güclü olub ki, Yaponiyanın baş naziri Shinzo Abe ona açıq şəkildə cavab vermək ehtiyacı hiss edib. Baş nazir deyib: ABŞ-ın növbəti prezidenti kim olur-olsun, Yaponiya-ABŞ münasibətləri Yaponiya diplomatiyasının əsas sütunu olacaq."

Yaponiya dünyada yeganə ölkədir ki, ona qarşı nüvə silahından istifadə olunub. II Dünya müharibəsinin sona çatmasından bəri sülhpərvər konstitusiyaya malik olan Yaponiya bugünə qədər qeyri-nüvə siyasəti yürüdüb.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Yaponiyanın xarici işlər naziri Fumio Kishida əlavə edib ki, "Yaponiyanın özünü nüvə silahları ilə silahlandırması qeyri-mümkündür."

Cənubi Koreyada az sayda insan Trumpın doğru dediyini düşünür və nüvə silahları ideyasını müsbət qarşılayır.

Qeyri-kommersiya tədqiqat mərkəzi olan Sejong İnstitutundan Cheong Seong-Chang deyib ki, əgər Cənubi Koreyanın nüvə silahı olsa idi, o, Şimali Koreyaya qarşısında daha güclü mövqeyə malik olardı.

Amma çoxluq onun fikrini bölüşmür.

Hökumətin cavabı isə daha çox Trumpın Cənubi Koreyanın özünü müdafiə etmək üçün heç nə ödəmədiyi barədə şərhinə yönəlib.

Trump CNN-ə bu ilin əvvəlində verilmiş müsahibədə demişdi ki, "Cənubi Koreya pul maşınıdır, ancaq bizə qəpik-quruş ödəyir... Cənubi Koreya onu qoruduğumuza görə bizə əməlli-başlı pul ödəməlidir."

Cənubi Koreyanın xarici işlər naziri, ABŞ-ın Cənubi Koreyadakı səfiri və hətta Ağ Ev onun bu sözlərinə etiraz və düzəliş etmişdi.

Səfir Mark Lippert deyib ki, Seul "qeyri-heyət xərcləri"nin 55%-ni ödəyir.

ABŞ-ın Cənubi Koreyada keçmiş səfiri Christopher Hill isə CNN-ə belə deyib: "Mən bilmirəm o nədən danışır, ancaq aydın görünür ki, bunu heç onun özü də bilmir."

Troy Universitetindən Daniel Pinkston deyib ki, Trump Respublikaçıların əsas namizədi olub-olmayacağından, yaxud prezident seçilib seçilməyəcəyindən asılı olmayaraq artıq ABŞ-ın beynəlxalq aləmdə nüfuzuna və təhlükəsizlik maraqlarına zərbə vurur.

Buna da bax: Cərrahlıq edən ginekoloq və ankoloq...

Günün bütün mövzuları

XS
SM
MD
LG