Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:29

Trump-ın çıxışları nifrət cinayətlərinin sayını kəskin yüksəldib


Almaniyada çəkilmiş "Trump nifrəti divarı", 23 Sent., 2016
Almaniyada çəkilmiş "Trump nifrəti divarı", 23 Sent., 2016

Aparılan tədqiqat göstərir ki, ekstremist siyasi ritorika nifrət zəminində cinayətlərin artmasıyla sonuclanır

ABŞ-da prezidentliyə namizədlər Donald Trump və Hillary Clinton Amerika reallıqları barədə tamamilə fərqli şeylər danışırlar. Trump qaçqın və miqrantların, meksikalı və müsəlmanların hücumuna məruz qalmış bir Amerikadan danışır. Clinton isə müxtəlifliyin gücləndirdiyi bir ölkədən söz açır. “The Atlanic” saytı yazır ki, hər iki tərəfin işlətdiyi ifadələr amerikalıların öz həmvətənləri ilə davranışlarına təsir edə bilər.

NİFRƏT CİNAYƏTLƏRİ YÜKSƏLİR

"Hər iki tərəfin işlətdiyi ifadələr amerikalıların öz həmvətənləri ilə davranışlarına təsir edə bilər".

Siyasi ritorika nifrət cinayətlərinin qarşısının alınmasında, yaxud da əksinə, qızışdırılmasında rol oynaya bilər. San Bernardinodakı Kaliforniya Universitetinin Nifrət və Ekstremizm Araşdırma Mərkəzinin dərc etdiyi yeni hesabatda belə deyilir. Hesabatda göstərilir ki, ABŞ-da müsəlmanlara qarşı nifrət cinayətləri 2015-ci ildə kəskin artıb, 2001-ci ilin 11 sentyabr hücumlarından bəri ən yüksək həddə çatıb. Hesabatda həmçinin deyilir ki, Trump-ın antimüsəlman ritorikası bu dinamikada rol oynamış ola bilər.

Buna da bax:​ Trumpla Clinton ilk debata çıxır

Hesabatda siyasi liderlərin terrorizmə reaksiyalarından sonra nifrət cinayətlərinin sayına nəzər salınır. Əvvəlcə keçmiş prezident George W. Bush-un 11 sentyabr hücumlarından sonra dedikləri diqqətə çatdırılır: "İslam sülh deməkdir. Terrorun üzü İslamın əsl inancı deyil".

ABŞ-da müsəlmanlara qarşı nifrət cinayətləri 2015-ci ildə kəskin artıb.

Daha sonra isə San Bernardino hücumundan sonra Trump-ın müsəlmanların ölkəyə girişini qadağan etmək çağırışlarını görürük. Tədqiqat üzə çıxarıb ki, Bush-un çıxışından sonra nifrət cinayətlərinin sayı azalmışdısa, Trump-ın çıxışları onların sayını kəskin yüksəldib. Hər iki halda nifrət cinayətlərinin sayı bilavasitə terror hücumlarından sonra qeydə alınmış cinayətlərin sayı ilə müqayisə edilib.

ZORAKILIQ ARTIR

Trump başqa bir bəyanatında belə deyib: "İslam bizə nifrət edir". Bundan başqa o, Amerika müsəlmanlarını terrorçuları müdafiə etməkdə günahlandırıb.

Buna da bax:​ Trump-ın kampaniyası əcnəbi müsəlman mühacirdən səhvən ianə qəbul edib?

Trump başqa bir bəyanatında belə deyib: "İslam bizə nifrət edir".

Corctaun Universitetinin mayda dərc etdiyi hesabatda da Amerikada müsəlmanlara qarşı zorakılığın prezident seçkiləri ərəfəsində artdığı göstərilirdi. Hesabatın müəllifi Engy Abdelkader bu tendensiyanın Trump-la bağlı olduğuna inanır. Onun fikrincə, Trump-ın "insanların qorxularına xitab etməsi" bir çox hallarda özünü düşmənçilik və zorakılıqla büruzə verib.

Tədqiqatçılar xəbərdar edirlər ki, prezidentliyə əsas namizədlərdən birinin müsəlmanlara qarşı çoxdan mövcud olan stereotipləri dəstəkləməsi Amerika müsəlmanlarını təcrid və zorakılıq riski qarşısında qoya bilər.

Buna da bax:​ Trump: 'Clinton-un mühafizəçilərinin silahları alınsın'

PROSES DƏRİNLƏŞİR

Hillary Clinton hesab edir ki, islamofobiya təhlükəsizliyi zəiflədə bilər. Bir çox milli təhlükəsizlik ekspertləri də onunla razıdır.

Prezidentliyə namizədin müsəlmanlara qarşı çoxdan mövcud olan stereotipləri dəstəkləməsi Amerika müsəlmanlarını təcrid və zorakılıq riski qarşısında qoya bilər.

“Trump və müttəfiqlərinin antimüsəlman ritorikası başlı-başına buraxılsa, inamsızlıq və qarşılıqlı şübhələrə yol açacaq. Bu, böyük problemdir və bizim milli təhlükəsizlik strategiyamızı aşındıra bilər", Corciya Universitetindən terror psixologiyası mütəxəssisi John Horgan deyir.

“The Atlantic” saytı yazır ki, Amerika müsəlmanları ilə hüquq mühafizə idarələri arasında etimad zəifləyib. Siyasi liderlərin antimüsəlman ritorikası bu prosesi daha da dərinləşdirir. Amerikanın müsəlman icmaları hüquq mühafizə idarələrini terror təhlükəsi barədə xəbərdar etmək baxımından əvəzsiz rol oynayır. Nəticə etibarilə, etimad təhlükənin önlənməsinin ayrılmaz hissəsidir.

Buna da bax:​ Trump Poroshenkonun görüşmək təklifini rədd edib

Trump terrora qarşı sərt mövqe tutmağa söz verir. Ancaq onun antimüsəlman ritorikası Amerikanı təkcə amerikalı müsəlmanlar deyil, bütün amerikalılardan ötrü təhlükəli yerə çevirə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG