Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:24

Donald Trump toqquşmanın ardınca mitinqini ləğv etdi


Donald Trump-a qarşı etiraz

Donald Trump-a qarşı etiraz

-

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trump Çikaqodakı mitinqi təxirə salıb. Buna onun tərəfdarları ilə əleyhdarları arasında toqquşmalar səbəb olub.

Yüzlərlə etirazçı mitinqin keçiriləcəyi İllinoys Universitetinə toplaşıb. Toqquşmalar da elə burada baş verib. Polis toqquşmaları yatırmaqda çətinlik çəkib.

Hadisədən sonra «Fox News»a müsahibəsində Trump deyib ki, o, çıxışlarında nifrət yayan məqamlara toxunmayıb.

Martın 11-də Trump-ın Missuridəki mitinqində də etirazlar baş qaldırmışdı.

Həmin vaxt 32 etirazçı saxlanılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG